Dünya gənclərinin nümayəndələri İsmayıllıda

Zəngin təbiəti, qədim yaşayış məskənləri, ulu tarixi, alınmaz qalaları, qonaqpərvər insanları ilə diqqət çəkən İsmayıllının qonaqları günbəgün artır. Lahıc, Basqal qəsəbələri, İvanovka, Qalacıq kəndləri, Xanagah, Buynuz meşələri, zirvəsi yayda da qarla örtülü olan Babadağ ziyarətgahı, Cavanşir və Qız qalası İsmayıllını turist marşrutunu seçənləri daha çox maraqlandırır. 26 avqust 2014-cü il tarixdə belə bir bölgə dünya gənclərinin 90 nəfərlik nümayəndə heyətini qəbul edib. Kimdir bu gənclər?

Dünya gənclərinin nümayəndələri İsmayıllıdaDünya gənclərinin nümayəndələri İsmayıllıda

Dünya gənclərinin nümayəndələri İsmayıllıda
Zəngin təbiəti, qədim yaşayış məskənləri, ulu tarixi, alınmaz qalaları, qonaqpərvər insanları ilə diqqət çəkən İsmayıllının qonaqları günbəgün artır. Lahıc, Basqal qəsəbələri, İvanovka, Qalacıq kəndləri, Xanagah, Buynuz meşələri, zirvəsi yayda da qarla örtülü olan Babadağ ziyarətgahı, Cavanşir və Qız qalası İsmayıllını turist marşrutunu seçənləri daha çox maraqlandırır. 26 avqust 2014-cü il tarixdə belə bir bölgə dünya gənclərinin 90 nəfərlik nümayəndə heyətini qəbul edib. Kimdir bu gənclər?
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dünya ölkələri gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə keçirilmişdir. Fransa, Qətər, İordaniya, Avstriya, Avstraliya, Malayziya, İspaniya, Tunis, İsveç, İsveçrə, Yunanıstan və Slovakiyadan olan müsabiqə qalibləri Azərbaycana dəvət olunmuşlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan haqqında daha çox şey bilən dünya gəncləri İsmayıllıya səfər ediblər. Onlar əvvəlcə Basqalətrafı təbiətlə tanış olublar, sonra nahar ediblər. Nahar zəngin Azərbaycan mətbəxi ilə tanış olmaq üçün qonaqlara geniş imkanlar verib.
Dünya gənclərinin nümayəndələri İsmayıllıda
Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəşad Musayevin təşkilatçılığı, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun müşaiyəti ilə qonaqlar nahardan sonra tarixlər şahidi, zəngin xalq sənətkarlığını yaşadan Lahıc qəsəbəsinə səfər ediblər. Zəngin təəssuratla oradan qayıdan gənc qonaqlar Qəbələ şəhərinə yollanıblar.
Sıldırımlı dağlar qoynundan keçib Lahıca gedən yola asfalt döşənməsi, yolların abadlaşdırılması bu qədim diyara turist axınını daha da sürətləndirib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz