Yaddas kitabcasi

Mikayıl Müşfiq yaradıcılığına səyahət

Mollaisaqlı kənd klubunda xalq şairi Mikayıl Müşfiqin anadan olmasının 106 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.
Mikayıl Müşfiq yaradıcılığına səyahətMikayıl Müşfiq yaradıcılığına səyahət

Kənd kitabxanasının müdiri Kiçikxanım Şirinova ötən əsrin 30-cu illərində ağır repressiya faciələri dövrünün qurbanı olmuş istedadlı şairin keçdiyi ağır ömür yolundan danışıb. Bildirib ki, əmək fəaliyyətinə pedaqoq kimi başlayan M.Müşfiq Bakı şəhərinin orta məktəblərində 7 il müəllimlik edib. 1938-ci il yanvar ayının 6-da güllələnib.
Xatirəsini əbədiləşdirmək üçün şairin Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.
Kənd tam orta məktəbinin şagirdləri şairin yaradıcılıq zirvəsi olan “Yenə o bağ olaydı”, “Oxu tar”, “Qurbanı olduğum”, “Həyat sevgisi” şeirlərini səsləndiriblər.
Elsəvər Məsim

Şərh Yaz