Yaddas kitabcasi

Öncüllər sırasında olacağıq

Öncüllər sırasında olacağıq
“Azərbaycanin dünya miqyasında idman ölkəsinə çevrilməsi ulu öndər Heydər Əliyevin gənclər siyasətinin parlaq qələbəsidir” mövzusunda YAP İsmayıllı Rayon təşkilatı rayon idmançıları ilə dəyirmi masa keçirilmişdir.Partiya təşkilatlarında

Öncüllər sırasında olacağıq

[color=#3333FF]“Azərbaycanin dünya miqyasında idman ölkəsinə çevrilməsi ulu öndər Heydər Əliyevin gənclər siyasətinin parlaq qələbəsidir” mövzusunda YAP İsmayıllı Rayon təşkilatı rayon idmançıları ilə dəyirmi masa keçirilmişdir.
Öncüllər sırasında olacağıq
İsmayıllı Olimpiya-İdman Kompleksində (OİK) keçirilən tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi illərində digər sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmasından danışıb.
O bildirib ki, Ulu öndər idmanın dövlətimizin dünyada tanıdilmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahə hesab edirdi.
2000-ci ildən etibarən müasir tipli OİK-ın tikilib istifadəyə verilməsinə başlandı. Uğurlu idman siyasətinin həyata keçirilməsi,qazanılan nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətini cəlb etmiş, onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya, avropa çempionatları keçirilmiş və bu tədbirlər davam etməkdədir.
Dövlət başçısı cənab İlham Əliyevin yarışları izləməsi idmançılarımıza mənəvi və maddi dəstək verməsi, ruhlandirması, onları yeni-yeni zəfərlərə səsləyir. Bax, budur ulu öndər H.Əliyevin idman strategiyasının uğurlu davamı və parlaq təntənəsi.
Kompleksin direktoru Tofiq Hümbətov, idmançılar Nurlan Salmanzadə, Vüsal Ağayev və digərləri çıxış edərək ulu öndərin hakimiyyətdə olduğu bütün illərdə idmana, idmançılara qayğısından və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışmaqla yanaşı, son iki ildə İsmayıllı Olimpiya-İdman Kompleksinin də qazandığı nailiyyətlərdən və öncüllər sırasında olmasından bəhs etdilər.
İlqar Əhmədli

Şərh Yaz