Yaddas kitabcasi

Maraqlı tədbirlər

Maraqlı tədbirlər
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tarixi günlərə həsr edilmiş maraqlı tədbirlərə böyük önəm verilir. Bayraq Günü münasibətilə noyabrın 9-da keçirilən tədbirə xeyli qonaq dəvətli idi. Onların arasında rayon Gənclər və İdman İdarəsinin və Texniki Peşə Məktəbinin rəhbərliyi, həmçinin şagirdləri vardı. Aparıcılar tədbiri açıq elan etdilər. Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli toplaşanları bayram münasibətilə təbrik etmiş, ölkə gənclərinə göstərilən qayğıdan danışmışdır.

Kollecin rektoru Rəsul Balayev çıxışında gənclər qarşısında qoyulan vəzifələrdən, ölkə prezidenti İlham Əliyevin onlara göstərdiyi qayğıdan, gənclərin qarşıda duran vəzifələrdən geniş söhbət açmışdır. R.Balayev Bayraq Gününün tarixindən danışarkən gənclərin vətənpərvərlik tərbiyəsi məsələlərindən də geniş bəhs etmişdir.
Tədbirdə kollecin tələbələri arasında rəsm müsabiqəsi keçirilmişdir. Qaliblər elə buradaca mükafatlarını da aldılar.
Kollecin tələbələri yumoristik səhnələrlə, Vətənə həsr edilmiş şeir və mahnılarla tədbirə rəngarənglik qatmışlar.
• Kollecin tələbələri 18 oktyabr Milli Müstəqillik Gününü də təntənə ilə qeyd etmişlər. Həmin gün tələbələr arasında bilik yarışı təşkil edilmişdi. Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif edilmişlər.
Sonda kollecin rektoru R.Balayev çıxış edərək tədbiri yekunlaşdırmışdır.
Rahid Rəcəbli,
kollecin tələbəsi

Şərh Yaz