Yaddas kitabcasi

Üzağardan nəticələr

Üzağardan nəticələr
Kamil Qafarovun idman nailiyyətləri haqqında tez-tez xoş xəbərlər almağa bir növ adət etmişik. Kamil hər iştirak etdiyi yarışda yaxşı nəticələrlə respublika ictimaiyyətini və ismayıllıları sevindirir. Belə olmasaydı Kamil Ağasəfər oğlu Qafarov dəfələrlə Azərbaycan çempionatlarının və beynəlxalq turnirlərin qalibi, 3 dəfə Avropa, iki dəfə dünya çempionu kimi yüksək adlar qazanmazdı.
İdman

Kamil poverliftinq güc idman növü ilə məşğul olur. O, beynəlxalq aləmdə də tanınmış idmançıdır. Bu ilin iyun ayında Kamil Rusiyanın Soçi şəhərində keçirilmiş beynəlxalq yarışda yüksək nəticələr göstərmişdir. O, Rusiyanın idman ustası adına layiq görülmüşdür.
DİN İsmayıllı RPŞ-nın polis serjantı K.Qafarov 25 oktyabr – 04 noyabr 2013-ci il tarixlərdə Çexiyanın Praqa şəhərində poverliftinq üzrə dünya çempionatından qayıtmışdır. Kamil 82,5 kiloqramlıq çəkidə çıxış edərək xüsusi geyimlə 240 kiloqram nəticə göstərərək dünya birincisi olmuşdur. Təchizatsız keçirilən yarışda 190 kiloqram qaldıraraq gümüş medal qazanmışdır. Ümumiyyətlə, Kamil bu il 12 medal qazanmışdır ki, bunların 10-u qızıl, ikisi isə gümüşdür.
Azərbaycan Güc İdman növləri üzrə poverliftinq idman ustası olan Kamildən yeni-yeni qələbələr gözləyirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz