Güclülər bəlli oldu

Güclülər bəlli oldu

Nərd Şərq masaüstü oyun növüdür. Nərd oyunu qədim tarixə malikdir. Bu oyun 24 xanalı lövhə -nərdtaxta üzərində 30 daş və bir cüt zərlə, iki nəfər arasında keçirilir. Nərdin Azərbaycanda yaranma tarixi də qədimdir. Belə ki, Bərdədə e.ə. III əsrə aid olan dana sümüyündən hazırlanmış zər tapılıb. Bu tapıntı da nərdin Azərbaycanın milli oyunu olduğunu sübut edir. 1990-cı ildən isə Azərbaycan Milli İdman növləri tərkibində Nərd Federasiyası yaradılıb.Güclülər bəlli oldu

Nərd Şərq masaüstü oyun növüdür. Nərd oyunu qədim tarixə malikdir. Bu oyun 24 xanalı lövhə -nərdtaxta üzərində 30 daş və bir cüt zərlə, iki nəfər arasında keçirilir. Nərdin Azərbaycanda yaranma tarixi də qədimdir. Belə ki, Bərdədə e.ə. III əsrə aid olan dana sümüyündən hazırlanmış zər tapılıb. Bu tapıntı da nərdin Azərbaycanın milli oyunu olduğunu sübut edir. 1990-cı ildən isə Azərbaycan Milli İdman növləri tərkibində Nərd Federasiyası yaradılıb.

Güclülər bəlli oldu
İsmayıllı rayonunda da nərdə maraq böyükdür. Təşkil olunmuş genişmiqyaslı yarış da buna əyani sübutdur. 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə nərd üzrə ağsaqqallar arasında rayon birinciliyi keçirildi. Açılış mərasimində çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli yarış haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edən İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev bayram ərəfəsində təşkil olunmuş yarışın əhəmiyyətindən danışdı. İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova günün önəmini qeyd edərək yarış iştirakçılarına uğurlar və gözəl istirahət arzuladı.
Yarışda 50 nəfərdən çox ağsaqqal iştirak etdi. Qaliblərə – birinci yeri tutan Etibar Abdulova, ikinci olan Əhmədağa Ələkbərova, üçüncü yerlə kifayətlənən Vahid Rəsulov və Hafiz Kərimova Gənclər və İdman İdarəsi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən diplomlar, qiymətli hədiyyələr təqdim olundu.
Çinarə Bəhərçinli

Şərh Yaz