Su problemi həllini tapdı

Su problemi həllini tapdı
Oktyabr ayının 3-də İsmayıllı rayonunun 123 təsərrüfatı olan Kürdeldarbəyli kəndinə içməli suyun verilməsi münasibəti ilə mərasim keçirilib. Su problemi həllini tapdı

Oktyabr ayının 3-də İsmayıllı rayonunun 123 təsərrüfatı olan Kürdeldarbəyli kəndinə içməli suyun verilməsi münasibəti ilə mərasim keçirilib.
Su problemi həllini tapdı
Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlamətdar gün münasibətilə kənd əhalisini təbrik edib. Onlara su qədər uzun ömür arzulayıb.
“Azərsu” ASC-nin Birləşmiş Sukanal MMC-nin direktoru Etibar Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. O bildirib ki, kəndin ərazisində 150 metr dərinlikdən nasos vasitəsi ilə çıxarılan, istifadə üçün tam yararlı olan içməli su 2 kilometr aralıda, kənd səviyyəsindən 30 metr hündürlükdə tikilmiş, hər birinin tutumu 100 kubmetr olan 2 anbara vurulur. Su mənbəyindən kəndə qədər polietilen borularla 2096 metr uzunluğunda magistral su xətti çəkilib. İlk dəfə olaraq kənd ərazisində ümumi uzunluğu 5355 metr olan paylayıcı su şəbəkəsi yaradılıb. Bununla da kəndin 531 sakini içməli su ilə təmin olunub.
Su problemi həllini tapdıSu problemi həllini tapdı
Tədbirdə çıxış edən kənd sakinləri ömürləri boyu uzaq məsafədən su daşıdıqlarını, nəhayət ki, bu əziyyətdən qurtulduqlarını deyib və tədbirə toplaşanlarla sevinclərini bölüşüb, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Kürdeldarbəyli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Rəhilə Soltanova çıxışında əvvəllər suyu kənddən uzaqda yerləşən çaydan gətirdiklərini, çox əziyyət çəkdiklərini qeyd edib. Qazanilan rahatlığa görə kənd sakinləri adından dövlət başçısına, bu işdə zəhmət payı olanların hər birinə dərin təşəkkürümü bildirib .
“İsmayıllı xəbərləri”

Şərh Yaz