Müəllim şərəfinə tədbir

Müəllim şərəfinə tədbir
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi Mədəniyyət İşçiləri İsmayıllı rayon Həmkarlar Komitəsinin təşkilatçılığı ilə F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi üçün Gülüstan şadlıq sarayında Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.Müəllim şərəfinə tədbir

İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi Mədəniyyət İşçiləri İsmayıllı rayon Həmkarlar Komitəsinin təşkilatçılığı ilə F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi üçün Gülüstan şadlıq sarayında Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.
Müəllim şərəfinə tədbir
Mərasimi giriş sözü ilə açan Komitə sədri Lətif Quliyev 1966-cı ildə UNESCO-nun müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə imzaladıqdan sonra bu günün dünyanın yüzdən çox ölkəsində qeyd edildiyini deyib. O bildirib ki, İsmayıllı müəllimləri sırasında İsmayıllı Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi öz işgüzarlığı ilə seçilir. Müəllimlərin daim istedadlı şagirdlər yetişdirdiyini deyən L.Quliyev, hər il qəbul imtahanlarında İsmayıllı şagirdlərinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə uğurla qəbul ola bildiklərini əyani misal kimi göstərib.
Tədbirdə çıxış edənlər müəllimliyin dünyada ən çətin və şərəfli peşə olduğunu deyiblər. Bildiriblər ki, bu işlə məşğul olan peşə sahibləri daim cəmiyyətə faydalı şagirdlər yetişdirmələri ilə fəxr edirlər. Onların ən böyük qazancı istedadlı, vətəni sevən layiqli vətəndaş tərbiyə etmələridir.
İsmayıllı Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib, iş həyatlarında uğurlar arzulayıb. Müəllim adının ucalığından danışan A.Abbasov bütün tarixi dövrlərdə müəllimə xüsusi hörmətlə yanaşıldığını deyib.
Tədbirdə ən yaxşı lətifə deyən, rəqs edən, mahnı oxuyan müəllimlərə hədiyyələr təqdim olunub.
Çinarə Bəhərçinli

Şərh Yaz