Yaddas kitabcasi

1 saylı bağçada

1 saylı bağçada
Hər hansı bir binanın möhkəmliyi onun bünövrəsindən asılıdır. Hər bir uşağın da gələcəkdə vətənə layiqli fərd kimi yetişməsində bağça təməl bünövrəsidir. Uşaqlar bizim gələcəyimizdi, gələcəyə ümidlə baxmaq üçün uşaqlarımızı qorumaq lazımdır. Onların həyatında bağçanın rolu çox böyükdür. Bağçada öyrəndikləri və gördükləri şeylərlə formalaşır və böyüyürlər. Bağçada gördükləri tərbiyə uşaqların vətənə layiqli insan kimi yetişməsində əsasdır.

İsmayıllı rayonunun qabaqcıl bağçalarından biridə, 1 nömrəli körpələr evi Uşaq Bağçasıdır. Bağça 1989-cu ildən fəaliyyət göstərir. Bina iki mərtəbədən ibarətdir. Burada 22 nəfər işçi çalışır. bunlardan 10 nəfəri pedaqoji işçidir. Onlar azyaşlıların tərbiyəsi ilə məşğul olurlar. Bağçada 90 nəfər uşaq vardır və 5 qrupa bölünürlər. Bunların 2-si kiçik, 3-ü isə böyük qrupdur. Müəllimlər azyaşlıların qayğısına qalır, onlara yeni şeirlər, nağıllar və musiqilər öyrədirlər. Orada olduğum müddətdə müşahidə etdim ki, müəllimlər kiçik qruplara xüsusi nəvazişlə yanaşırlar. Hər qrup üçün 3 otaq ayrılmışdır. Bunlar geyinmə-soyunma, oyun və yemək otağı və yataq otağından ibarətdir. Bağça uşaqların hər bir ehtiyacını ödəmək üçün lazımi şəraitlə təmin olunmuşdur. Hər cür şəraitlə təmin olunmuş ümumi mətbəxi və musiqi zalı vardır. Uşaqlar gündə 3 dəfə isti yeməklə təmin olunurlar.
1 saylı bağçada1 saylı bağçada
Oktyabr ayının 3-də İsmayıllı şəhər 1 nömrəli Körpələr evi və Uşaq bağçasında 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə bağça müəllimləri ilə yanaşı, valideynlər, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, professor, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi Raqif Nazimoğlu da iştirak edib.
İlk öncə tədbirdə 1 nömrəli Körpələr evi Uşaq bağçasının direktoru Qalibə Abdullayeva çıxış edərək müəllimləri təbrik edib, onlara işində uğur və yeni-yeni nailiyyətlər arzulayıb. Sonra Raqif Nazimoğlu çıxış edərək müəllim heyətini təbrik edib, Azərbaycan təhsilinin günü-gündən inkişaf etdiyi bir vaxtda təhsildə təməl rolunu oynayan bağça təliminin önəmindən danışıb. Daha sonra isə müəllimə Simuzər Rəhmanova və musiqi rəhbəri Zümrüd Məhərrəmova çıxış ediblər. Çıxış edənlər yüksək ixtisaslı, peşəkar mütəxəssislərin yetişməsində müəllim əməyinin böyük rol oynadığını vurğulayıblar. Tədbir azyaşlıların çıxışları ilə davam edib.
Fatimə Zabitli

Şərh Yaz