Növbəti səfər

Növbəti səfər
Sentyabr ayının 6-da Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe İsmayıllıya səfər edib. Növbəti səfər

Sentyabr ayının 6-da Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe İsmayıllıya səfər edib.
Növbəti səfər Növbəti səfər
Məlum olduğu kimi, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Yaponiyanın İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. İsmayıllı şagirdlərinə yapon məktəblilərinin yazdığı cavab məktublarını cənab səfir səfəri zamanı rayon İcra Hakimiyyətinə təqdim edib. Tanışlıq üçün yazılan məktublara şagird müəlliflərin foto şəkilləri, oxuduqları məktəblərin yerləşdiyi ərazilərin xəritələri də əlavə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun səfir Şusuke Vatanabe ilə görüşündə İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq münasibətlərinin inkişafı yollarından, digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən söhbət gedib. Başçı məktəblilərin artıq qarşılıqlı olaraq bu işə start verməsini yüksək dəyərləndirib.
Səmimi qarşılanmaya görə səfir Ş.Vatanabe RİH başçısı M.Sadıqova təşəkkür edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz