Yaddas kitabcasi

İsmayıllıda uşaq bağçasının açılış mərasimi keçirilib

İsmayıllıda uşaq bağçasının açılış mərasimi keçirilib
İsmayıllı rayonunun Mican məhəlləsində avqustun 26-da uşaq bağçasının tikintisinin başa çatması münasibəti ilə açılış mərasimi keçirilib.İsmayıllıda uşaq bağçasının açılış mərasimi keçirilib

İsmayıllı, 26 avqust, ismayilli xeberleri, Ç.Bəhərçinli.
İsmayıllı rayonunun Mican məhəlləsində avqustun 26-da uşaq bağçasının tikintisinin başa çatması münasibəti ilə açılış mərasimi keçirilib.

İsmayıllıda uşaq bağçasının açılış mərasimi keçirilib
Açılış tədbirində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sevil Əhmədova hamını salamlayıb, Yapon səfirliyinin İsmayıllıya diqqətindən danışıb.
Azərbaycan və Yaponiyanın dövlət himnləri səslənirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfirliyin İsmayıllıda görmüş olduğu işlər haqqında danışıb. İki ölkə arasındakı dostluq əlaqələri Azərbaycandan İsmayıllının, Yaponiyadan isə İto şəhərinin qardaşlaşmış şəhərlər olması ilə nəticələndiyini, bu dostluq və əməkdaşlığın daha da genişlənəcəyini bildirib.
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe layihə haqqında məlumat verərək bildirib ki, əsas məqsəd yeni uşaq bağçası inşa etməklə Mican məhəlləsində yaşayan məktəbəqədər yaşda olan uşaqların bağça şəraitini yaxşılaşdırmaqdır.
İsmayıllıda uşaq bağçasının açılış mərasimi keçirilib
Daha sonra, Yapon səfiri, İcra başçısı və nümayəndələr bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olub.
Səfir və İcra başçısı bağçanın həyətində dostluq simvolu olaraq ağac əkiblər.
Məlumat üçün onu da bildirək ki, layihə üzrə qrant müqaviləsi (123min 050 ABŞ dolları) Yaponiya səfirliyi ilə “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” qeyri-hökümət təşkilatı (QHT) arasında 2013-cü il fevralın 9-da imzalanıb.

Şərh Yaz