Pisliklərə körpü

Pisliklərə körpü
Yazacağım mövzuya jurnalistlər dəfələrlə müraciət etsələr də, öz növbəmdə məndən edilən bir xahiş ətrafında fikirlərimi paylaşmaq istəyirəm. Belə ki, qonşumuz söhbət zamanı məndən içki içərək ailədə səs-küy, narahatçılıq, dava-dalaş yaradan kişilər barədə nəsə yazmağı xahiş etmişdi. Spirtli içkilərlə bağlı məlumatlarımın az olmasından tərəddüddə qalmağıma baxmayaraq, qəlbimdən keçənləri yazmağa qərar verdim.Pisliklərə körpü
Yazacağım mövzuya jurnalistlər dəfələrlə müraciət etsələr də, öz növbəmdə məndən edilən bir xahiş ətrafında fikirlərimi paylaşmaq istəyirəm. Belə ki, qonşumuz söhbət zamanı məndən içki içərək ailədə səs-küy, narahatçılıq, dava-dalaş yaradan kişilər barədə nəsə yazmağı xahiş etmişdi. Spirtli içkilərlə bağlı məlumatlarımın az olmasından tərəddüddə qalmağıma baxmayaraq, qəlbimdən keçənləri yazmağa qərar verdim.
Pisliklərə körpüPisliklərə körpü
İçkinin törətdiyi fəsadlar çoxumuza bəllidir. Lakin, bunun fəriqinə varmayan, etdiyi hər hansı hərəkətdən nəticə çıxarmayanlar gördükləri işin zərərlərini də qəbul etmək istəmirlər.
Cəmiyyətdə epidemiya halını alan, insanlıq, xüsusi ilə gənclərimiz üçün təhlükəyə çevrilən məsələlərdən biri də spirtli içkilərdən aludəçiliklə istifadədir. Mütəxəssislər qeyd edirlər ki, spirtli içkilər insan orqanizmi üçün həddən artıq zərərlidir. Spirtli içki qəbul edən insanların qara ciyərində serroz xəstəliyi yaranır. Ürəyin böyüməsi ilə qan dövranı pozulur, böyrəklərdə iltihab əmələ gəlir. Bunlarla yanaşı, mədədə qastrit və xoranın baş qaldırmasına şərait yaranır.
Spirtli içkinin insan orqanizmində yaratdığı fiziki fəsadlarla yanaşı, insan mənəviyyatına etdiyi zərər də çox böyükdür. Aparılan araşdırmalar göstərir ki, gündən-günə artan cinayət hadisələrinin baş verməsində, amansız ailədaxili münaqişələrin, avtomobil qəzalarının, dünyaya gələn körpələrin qeyri-sağlam olmasının əsas səbəblərindən biri, bəlkə də birincisi məhz spirtli içkilərin qəbuludur.
Bəs belə zərərli vərdişə yoluxmağa səbəb nədir? Düşünürəm ki, zəif iradəli insanlar, ələxsus da gənclər içki içilən mühitə düşdükdə, özlərini kifayət qədər yetkin kimi göstərmək fikrindən təsirlənərək içməyə meyil göstərirlər.
Dünya Səhiyyə Təşkilatının otuz ölkə arasında apardığı araşdırmaya görə, içkiyə aludəçilik cinayətlərin 85, yol qəzalarının 61, zor tətbiqinin 50, yanğınların 16 faizinə səbəb olur. Eyni araşdırmanın gəldiyi daha bir nəticəyə görə içki düşkünləri içməyənlərə nisbətən 30 dəfə artıq zəhərlənir, 58 dəfə artıq intihar edir. Ruhi xəstələrin 40-50, həbs olunanların 50 faizini alkoqol aludələri təşkil edir.
Spirtli içkinin qəbul edilməsi dində də bəyənilmir. Müqəddəs dinimiz olan İslam içki qəbul etməyi haram buyurur. Dinimizdə içki düşkünlüyü iffət pərdəsini yırtan, şəxsiyyəti alçaldan günah kimi qiymətləndirilir.
İçki qəbul edən bəzi kişilər ailəsində söz-söhbət yaratmağa meyilli olur. Onlar övladına, həyat yoldaşına, hətta doğma anasına belə rəftarda kobudluq edir, etikadan kənar davranışları ilə qazanmış olduqları hörməti, insanlıq şərəfini itirirlər. Bu isə öz növbəsində ailədaxili münaqişələrə səbəb olur. Ailənin möhkəmliyini sarsıdır, xoşbəxtliyə gedən yolunu kəsir və ya qısaldır. Nəticədə boşanmaya, daha dəhşətli sonluqlara, ölüm hallarının baş verməsinə belə əsas yaradır.
Bunlarla yanaşı, əsil bədbəxtlik ölkəmizin inkişafını, gələcəyimizin güclü əllərdə olmasını istəməyənlərin bilərəkdən, ya da bilməyərəkdən gəncləri içki içməyə sövq etmələridir. Tədqiqatlar göstərir ki, uşaq ilk dəfə spirtli içkinin dadına ya yeniyetmə tay-tuşları, ya da öz yaxınları tərəfindən təhrik olunduqda baxır. Bir çox hallarda spirtli içkinin dadı onların xoşuna gəlmir. Sonradan yığıncaqlarda əmilərini, dayılarını, hətta müəllimlərini, bir sözlə, böyükləri təqlid edən yeniyetmələr spirtli içkilərin daha böyük dozalarını qəbul edirlər. Tək-tük yeniyetmələr bu zərərli yoldan atdığı bir neçə addımdan sonar qayıdır, bir daha spirtli içki qəbul etmirlər. Yaxşı yaddaşları və möhkəm iradələri onları ömürlərini “ayıq insan” kimi yaşamağa istiqamətləndirir. Bir çoxları isə əksinə, spirtli içkilərin dadına daha tez-tez baxmağa meyil salır.
Hər ailə kiçik bir dövlətdir, – deyirlər. Gənclərimiz sabahın ailə başçısı, müəllimi, həkimi, polisi, dövlət qulluqçusu, naziri və yaxud dünyada tanınmış alimidir. Bəşəri biliklərə və dünyagörüşünə, parlaq istedada sahib ola biləcək gənclərimiz içki aludəçisi olsalar, gələcəyimizi kimlərə əmanət etmiş olarıq? Güvəndiklərimiz içdikləri spirtli içkinin təsiri altında sərxoş olacaqsa, bizi – torpağımızı, millətimizi kim qoruyacaq? Tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi dünyaya kim çatdıracaq?
Dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, elmə, savada maraq göstərən gənclərimiziin sırasından azca zəif iradəlilərini belə çirkin yola təhrik edirlər.
İsmayıllı gənclərinin sırasında az da olsa belələri vardır. Burada bir atalar sözü yadıma düşdü: Dost min nəfər olsa, yenə azdı, düşmən tək olsa, yenə çoxdu. Üzümü cəmiyyətin və özünün “düşmən”i olanlara tutub deyirəm: Gələcəyinizi, gəncliyinizi – həyatınızı məhv etməyin. Pisliklərə körpü qoymayın.
Çinarə Bəhərçinli

Şərh Yaz