Yaddas kitabcasi

İctimai-siyasi sabitlik və inkişaf

İctimai-siyasi sabitlik və inkişaf
İyul ayının 13-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbinin” VI məşğələsi keçirilib. Tədbir öncəsi İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının işçiləri, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər. İctimai-siyasi sabitlik və inkişaf

İyul ayının 13-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbinin” VI məşğələsi keçirilib. Tədbir öncəsi İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının işçiləri, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.
İctimai-siyasi sabitlik və inkişaf
Məşğələ Ulu öndərin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunub. Məktəbin direktoru Fərman Bəşirov tədbir iştirakçılarını salamlayıb. Sonra Ulu öndərin həyat və yaradıcılığına həsr olunan video filmə tamaşa edilib.
Təqaüddə olan əmək veteranı Gözəl Osmanova tədbir iştirakçılarını Heydər Əliyevin millətə göstərdiyi diqqət və qayğısından danışıb. Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov Ümummilli liderin Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən söhbət açıb. Ağdam rayonundan olan məcburi köçkün Zahid Namazov qaçqın və köçkünlərin Heydər Əliyev siyasəti nəticəsində hərtərəfli qayğı ilə əhatə olunmasını vurğulayıb.
İctimai-siyasi sabitlik və inkişaf
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışaraq ölkəmizin inkişaf və tərəqqisinin ulu öndərin adı ilə bağlı olduğunu bildirib. Eyni zamanda o, Heydər Əliyevin İsmayıllıya daim xüsusi diqqət ayırdığını və ismayıllıların bunu heç vaxt unutmayacağını deyib. Qeyd olunub ki, Azərbaycanın müasir tarixinin 40 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. 1969-cu ildə Azərbaycanda tənəzzülün hökm sürdüyü bir şəraitdə, həmən ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bununla da Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlanıb.
İctimai-siyasi sabitlik və inkişaf
Zəngin idarəçilik təcrübəsi olan Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxartmaq üçün qəti addımlar atdı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına nail oldu. Bildirilib ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olunması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz ulu öndərin yenilməz iradəsi sayəsində mümkün olub. Tədbirdə müasir Azərbaycan tarixinin yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə, ölkəmizin möhtəşəm nailiyyətlər qazandığı vurğulanıb.
Çinarə Bəhərçinli

Şərh Yaz