Yaddas kitabcasi

Veteran sıradadır

Veteran sıradadır
Böyük Vətən müharibəsi başlayanda Sovetlər birliyi adlı vahid ölkə silaha sarılıb Alman faşizminə qarşı mübarizəyə qalxdı. Düşmən çox güclü idi, dövrünə görə müasir silahlarla silahlanmışdı. Ordu da yaxşı təlim keçmişdi, döyüşlərdə xeyli təcrübə qazanmışdı. Alman faşizmi yüngül qələbə qazanacağına arxayın idi. Ancaq tezliklə yanıldığ.ını, yüngül qələbə olmayacağını başa düşdülər. Bütün ölkə yumruq kimi birləşərək düşmənə qarşı döyüşlərə başladı. Azərbaycanın oğul və qızları həm ön, həm də arxa cəbhələrdə böyük hünərlər göstərmişlər. Bu böyük qələbədə Azərbaycan neftçilərinin payı çoxdur
Veteran sıradadır

Böyük Vətən müharibəsi başlayanda Sovetlər birliyi adlı vahid ölkə silaha sarılıb Alman faşizminə qarşı mübarizəyə qalxdı. Düşmən çox güclü idi, dövrünə görə müasir silahlarla silahlanmışdı. Ordu da yaxşı təlim keçmişdi, döyüşlərdə xeyli təcrübə qazanmışdı. Alman faşizmi yüngül qələbə qazanacağına arxayın idi. Ancaq tezliklə yanıldığını, yüngül qələbə olmayacağını başa düşdülər. Bütün ölkə yumruq kimi birləşərək düşmənə qarşı döyüşlərə başladı. Azərbaycanın oğul və qızları həm ön, həm də arxa cəbhələrdə böyük hünərlər göstərmişlər. Bu böyük qələbədə Azərbaycan neftçilərinin payı çoxdur.
Veteran sıradadır
İsmayıllı oğulları qələbə üçün az qan axıtmayıblar. Cəbhəyə yola düşənlərdən qayıdanı da olub, qayıtmayanı da. Biz bu yazıda ikinci dünya müharibəsi veteranı haqqında söhbət açacağıq: Bilal Şükür oğlu Əliyev 20 avqust 1915-ci ildə İsmayıllının Qalınçaq kəndində anadan olmuşdur. Gənc Bilal 1940-cı ilin fevralında bir neçə həmyerlisi ilə ordu sıralarına yola salınır. B. Əliyev bu barədə belə deyir:
– Bakıdan yük qatarı ilə şimala doğru yola düşdük. Bir neçə gün yol getdik, nəhayət, bizə tanış olmayan şəhərə çatdıq. Məlum oldu ki, gəldiyimiz yer Litvanın Polotski şəhəridir. Topçular diviziyonunda xidmətə başladım.
Əlbəttə, gənc əsgərlər ilk öncə hərbi qayda-qanunlarla tanış olur, şəxsi silahını, döyüş texnikasını öyrənir. Bilal da bu əsgərlərdən biri idi. Adi həyatdan ayrılıb hərbi xidmətə başlayan kəndli balaları get-gedə hərbi sirlərə yiyələnirlər. Əsgərlik həyatı davam edirdi. Hələ müharibə, qanlı döyüşlər haqqında heç kəs düşünmür.
Sözü yenə veterana veririk:
– 22 iyun 1941-ci il. Hərbi hissəyə xəbər yayıldı ki, müharibə başlayıb, Almaniya xəbərdarlıq etmədən Sovet İttifaqına hücum etmişdir. Təcili olaraq diviziyonumuzu Moskva şəhərinin müdafiəsinə gətirdilər. 1943-cü ilin iyul ayına kimi paytaxtın müdafiəsində qaldıq, almanlarla döyüşlər apardıq. Alman faşizmin Moskva haqqındakı planları baş tutmadı. Cəbhə artıq Qərbə tərəf irəliləyirdi. Diviziyonumuz Polşa, Almaniya torpaqlarında döyüşlər aparırdı. Düşməni onun öz torpaqlarında əzişdirirdik.
Düşmənin son nəfəsi idi, Sovet əsgərləri Berlinə çatmışdı. Çoxdan gözlədiyimiz qələbə gününə lap az qalmışdı.
Qələbə günü gəldi, faşizmin sonu çatdı, indi geri qayıdıb müharibənin dağıntılarını bərpa etmək lazım idi. 1945-ci ilin noyabrında ordudan buraxılan Bilal Əliyev doğma kəndinə – Qalınçağa qayıdır. Bir çox döyüş orden və medalları ilə təltif edilmişdir.
Cəbhədən qayıtdıqdan sonra kolxoz təsərrüfatında çalışmışdır. O, yaxşı bağban kimi tanınır. Böyük bir ailəsi var – üç oğul, iki qız böyüdüb, hamısını ev-eşik sahibi etmişdir. Oğlanları ali təhsillidir. Sovetlər dönəmində müxtəlif vəzifələrdə (ikisi aqronom ixtisaslıdır) çalışmışlar. El ağsaqqalının yüz nəfərə yaxın nəvə və nəticəsi var. Yeddi kötücəsi ilə də fəxr edə bilər müharibə veteranı. Törəmələri İsmayıllıda və Bakı şəhərində yaşayırlar. Hamısına cansağlığı və xoşbəxtlik arzulayırıq.
Bilal Əliyevə isə deyirik: yüz yaşa, əziz veteran!
Abduləli Əliyev,
İsmayıllı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri

Şərh Yaz