Milli Qurtuluşun 20-ci ili

15 iyun Milli Qurtuluş Gününün 20 illiyi münasibəti ilə YAP İsmayıllı rayon təşkilatı rayonun Gəndov kəndində tədbir keçirib. Tədbirdə ətraf kəndlərdən olan YAP fəalları da iştirak ediblər.Milli Qurtuluşun 20-ci ili

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, Milli Qurtuluş Gününü zəruri dən tarixi faktlar ətrafında fikirlərini söyləyib. Ölkədə, eləcə də rayonda gedən iqtisadi, mədəni inkişafdan söz açan natiq partiya üzvlərini daha fəal olmağa, partiyanın yürütdüyü siyasəti dəstəkləməyə dəvət edib. O qeyd edib ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Daha sonra çıxış edən Gəndov kənd ümumi orta məktəbinin direktoru Xuraman Qurbanova bildirib ki, dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
İlqar Əhmədli

Şərh Yaz