Yaddas kitabcasi

Hüquqşünasın tribunası

Sual: 7 yaşından 14 yaşınadək olan şəxslərin hansı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır?
Cavab: AR Mülki Məcəlləsinin 29-cu maddəsinə görə : 7 yaşından 14 yaşınadək olan şəxslərin müstəqil olaraq bağlamaq ixtiyarı olan əqdlər göstərilmişdir. Həmin əqdlər aşağıdakılardır:
1. xırda məişət əqdləri;Sual: 7 yaşından 14 yaşınadək olan şəxslərin hansı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır?
Cavab: AR Mülki Məcəlləsinin 29-cu maddəsinə görə : 7 yaşından 14 yaşınadək olan şəxslərin müstəqil olaraq bağlamaq ixtiyarı olan əqdlər göstərilmişdir. Həmin əqdlər aşağıdakılardır:
1. xırda məişət əqdləri;
2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlərdir ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

Sual: Əmək müqaviləsi bağlanarkən işə götürülən hansı sənədləri təqdim etməlidir?
Cavab: Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyəti təsdiq edən sənədi və dövlət sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Əmək müqaviləsi bağlanması işçinin müvafiq yaşayış məntəqəsində olub-olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasına iki dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək müqaviləsi bağlana bilər. Əmək müqaviləsi bağlanarkən işçinin əmək funksiyası xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması, zəruri sayılan hallarda işə götürənə təhsil barədə müvafiq sənəd təqdim edilir. İşçinin səhhətinə, sağlamlığına təsir göstərən amillər olan ağır, zəhərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, içtimai-iaşə, səhiyyə, ticarət və bu qəbilədən olan iş yerlərində əmək müqaviləsi bağlanarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı müvafiq icra orqanları tərəfindən təsdiq edilir. Əmək münasibətinə girən işçidən Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Sualları cavablandırdı:
Hüquqşünasın tribunasıFərid Dadaşov,
İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru

Şərh Yaz