Yaddas kitabcasi

Sağlam gələcək

Sağlam gələcəkÖlkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar məktəblərdə də bədən tərbiyəsi və idmanın daha səmərəli, həm də keyfiyyətli tədrisinə yaxşı şərait yaratmışdır. Tədris fəaliyyəti ilə məşğul olduğum Basqal qəsəbə tam orta məktəbi də bir neçə ildir ki, uğurlu inkişaf yolundadır. Bu, özünü idman sahəsində daha parlaq göstərməkdədir. Məktəbli idmançılarımız bir sıra yarışlarda rayonumuzu layiqincə təmsil etmişlər.
Məktəbimizin şagirdləri “çoxmübarizəli idman döyüş növləri” üzrə həm rayonumuzda, həm də zonalar üzrə keçirilən bu yarışlarda I, II və III yerləri tutmuşlar. Fevralın əvvəllərində Ucar rayonunda keçirilən rayonlararası açıq turnirdə iştirak etmiş idmançılarımız yaxşı çıxış etmişlər. 14-15 yaşlılar arasında 65 kiloqramlıq çəki dərəcəsində yarışan Ümid Xəlilov II yer, onun həmyaşıdı Nicat Əsədli isə III yer tutmuşdur. 45 kiloqramlıq çəkidə çıxış etmiş Musa Musayev 12-13 yaşlılar arasında ikinci olmuşdur. Hər üç idmançı diplom və medallara sahib olmuşdur. Gənc idmançılarımıza uğurlar arzulayırıq.
R.Gözəlov,
R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin fiziki tərbiyə müəllimi

Şərh Yaz