Görülən işlər qənaətbəxş sayıldı

Görülən işlər qənaətbəxş sayıldıAzərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) İsmayıllı Rayon Komitəsinin (RK) V konfransı keçirilmişdir (2006-2011-ci illər).
Rayonun Tarix və Diyarşünaslıq Muzeyinin iclas zalında baş tutan konfransda DİİXİHİ İsmayıllı RK-nın sədri Zahid Əkbərovun hesabat məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsində konfransın suveren və müstəqil Azərbaycanımızın dünya dövlətləri arasında tanındığı və iqtisadiyyatımızın getdikcə yüksəldiyi dövrə təsadüf etdiyi qeyd olunmuşdur. Belə ki, ölkə əhalisinin güzəranı, yaşayış səviyyəsi, sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bu, əsasən bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirmənin və ayrı-ayrı sahələrdə məqsədyönlü islahatların aparılması və ümumilikdə ölkə iqtisadiyyatının sürətli inkişafından irəli gəlir.Görülən işlər qənaətbəxş sayıldıGörülən işlər qənaətbəxş sayıldıAzərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) İsmayıllı Rayon Komitəsinin (RK) V konfransı keçirilmişdir (2006-2011-ci illər).
Rayonun Tarix və Diyarşünaslıq Muzeyinin iclas zalında baş tutan konfransda DİİXİHİ İsmayıllı RK-nın sədri Zahid Əkbərovun hesabat məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsində konfransın suveren və müstəqil Azərbaycanımızın dünya dövlətləri arasında tanındığı və iqtisadiyyatımızın getdikcə yüksəldiyi dövrə təsadüf etdiyi qeyd olunmuşdur. Belə ki, ölkə əhalisinin güzəranı, yaşayış səviyyəsi, sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bu, əsasən bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirmənin və ayrı-ayrı sahələrdə məqsədyönlü islahatların aparılması və ümumilikdə ölkə iqtisadiyyatının sürətli inkişafından irəli gəlir.
Həmkarlar İttifaqı heç bir siyasi partiyaya qoşulmadan daxili sabitliyin qorunmasına, xarici siyasətin genişləndirilməsinə, iqtisadiyyatın yüksəlişinə səy göstərmişdir. Əhalinin istehlak zənbili ilə mövcud qazancı haqqında vaxtında, müqayisəli şəkildə təqdimatlar vermişdir. RK-nin diqqət yetirdiyi başlıca vəzifə həmkarlar ittifaqı işini ilk təşkilatlarda möhkəmləndirmək və təşkilat üzvlərinin əmək hüquqlarının, sosial müdafiəsini təşkil və müdafiə etmək olmuşdur.
DİİXİHİ İsmayıllı RK-si 11 təşkilatda birləşməklə, hesabat dövründə üzvlərinin sayını 400 nəfərdən 467 nəfərə çatdırmışdır. Həmçinin bu dövrdə DİİXİHİ Respublika Komitəsinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən müsabiqədə əhatəmizdə olan Respublika Maliyyə Nazirliyinin İsmayıllı rayon Şöbəsi və Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsi qalib gələrək xüsusi diploma layiq görülmüşdür.
Hesabatın əhatə etdiyi dövr ərzində həmkarların 155 nəfər üzvünə 3420 manat maddi yardım edilmişdir.
2006-2011- ci illərdə fəaliyyət dairəsini ildən-ilə genişləndirən təşkilat 49 nəfəri sağlamlığının bərpası üçün müxtəlif sanatoriyaya göndərmişdir. Göndərişlərin ümumi dəyəri 21534 manat olmuşdur.
Hesabatın əhatə etdiyi dövr ərzində təşkilat rayonda keçirilən milli və dövlət bayramlarının keçirilməsində də fəal iştirak etmişdir. Arxada qalan hesabat dövrü ərzində 24 halda mədəni-kütləvi tədbirlərə 4153 manat vəsait xərclənmişdir. Hesabat dövründə RK 10 plenum, 56 rəyasət heyəti yığıncağı keçirmiş, müxtəlif səpkili 123 məsələni müzakirə etmişdir. Bütün hallarda təşkilat üzvlərinin hüquq və vəzifələrinin qorunmasına üstünlük verilmişdir.
Keçirilən yığıncaqlarda tənqidi çıxışlara geniş yer verilmiş, problemlərin təxirəsalınmaz həllinə səy göstərilmişdir. Narazılıqlar əsasən sanatoriyalara göndərişlərin arzu olunan vaxtda verilməməsindən, sanatoriyalarda müalicə və istirahət üçün şəraitin olmamasından, üzvlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində olmuşdur.
Cari ilin 4 ayı ərzində 6 nəfərə 2450 manat dəyərində sanatoriya göndərişləri verilmiş, rayonda 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramınin keçirilməsinə 585 manat vəsait ayrılmışdır.
Yeni formalaşan Olimpiya-İdman Kompleksinin 19 əməkdaşı təşkilatın sıralarına qoşulmuşdur.
Dinlənilən hesabat məruzəsindən məlum oldu ki, göstərilən xidmət, görülən işlərlə yanaşı təşkilatın işində problemlər də vardır və onların həlli üçün yollar axtarılır. İşdə nöqsan kimi dəyərləndirilən məsələlərin bir qismi isə maliyyə imkanlarının aşağı olması səbəbindəndir.
DİİXİHİ İsmayıllı RK-nın sədri Zahid Əkbərovun geniş məzmunlu hesabat məruzəsindən sonra RK-nin Təftiş Komissiyasının sədri Nazim Səfərovun hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Məruzə ətrafında çıxışlarda təşkilatın üzvləri Əliheydər Məmmədov, Eldar Əliyev, Məmmədxan Muradəliyev, Ramiz Səfərov, Zöhrə Şalbuzova, Vəzirxan Fətəliyev çıxış edərək təşkilat sədrinin qayğıkeşliyindən, bacarığından və işinə göstərdiyi diqqətdən danışdılar. Çıxış edənlər bir sıra təkliflər irəli sürdülər, təşkilatın hesabat dövründəki işinə qənaətbəxş qiymət verdilər və Zahid Əkbərova yenidən təşkilata rəhbərlik etməkdə etimad göstərdilər.
Konfrans 15 nəfər RK-in plenum üzvünü, eləcə də 7 nəfərdən ibarət rəyasət heyəti seçdi.
Konfrans iştirakçıları Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının növbəti qurultayına Zahid Əkbər oğlu Əkbərovu DİİXİHİ-nə nümayəndə seçdilər.
Konfransın işində İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi İsaməddin Ağayev iştirak edib.
Şahməmməd Soltanov

Şərh Yaz