Yaddas kitabcasi

Qızlarımız ikinci oldular

Aprel ayının 5-də Gənclər Mərkəzinin akt zalında Gənclər və İdman İdarəsi “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə “Xəmsə” Milli İntellektual oyununun V çempionatının “ Şirvan ” zonası üzrə yarışı keçirmişdir.Qızlarımız ikinci oldularOyunun keçirilməsində məqsəd gənclərimizin intellektual səviyyəsinin və komandada işləmək bacarığının artırılmasıdır.
Yarışda 7 rayondan (İsmayıllı, Ağdaş, Ucar, Qobustan, Kürdəmir, Ağsu, Şamaxı) 10 komanda iştirak etmişdir. İsmayıllı, Ağdaş, Ucar rayonu yarışa 2 komanda ilə qatılmışdır.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi E.Nəcəfli açmış, yarış iştirakçılarını salamlamış və gənclərimizi ölkəmizin, rayonumuzun, ictimai həyatında fəal olmağa çağırmışdır. Gərgin və maraqlı mübarizədən sonra Ağdaş rayonunun “Ərəş” komandası I yeri, İsmayıllı rayonunun “Five Girls” (“Beş qız”) komandası II yeri tutmuşdur.
Şövqi Əhmədov

Şərh Yaz