Problemlər əsasən yerində həll olunur                 

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov rayonun ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbullar keçirməklə, yerlərdə olan problemlərin elə yerindəcə, tez bir zamanda həllinə yetərincə üstünlük verir.

Başçının rəhbərliyi, xidməti idarə və təşkilatların səlahiyyətli nümayəndələrinin, sakinlərin iştirakı ilə növbəti səyyar qəbul rayonun Ağbulaq kəndində keçirilib.

Səyyar qəbulda vətəndaş müraciətləri diqqətlə dinlənilib, həssaslıqla araşdırılıb. Yerində həlli mümkün olan problemlərin aradan qaldırılması cavabdeh tərəflərə tapşırılıb.

Çıxışlarda vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz