Səmimi söhbət məmnunluq yaradıb                     

 

Yerlərdə keçirilən görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının başlıca məqsədlərindəndir. Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələn bu görüş və qəbullar RİH aparatında çalışanların gündəlik fəaliyyətinin əsasını təşkil edir. İsmayıllı rayonunun Qalınçaq  kəndində RİH başçısı Nahid Bağırov bu il üçün nəzərdə tutulmuş ilk səyyar qəbulu keçirib.

Kənd sakinləri mövcud problemləri açıqlayıblar. Başçı çıxış edənləri diqqətlə dinləyib, problemlərin həlli məsələsini aidiyyəti idarə və müəssisələrin rəhbərlərinə tapşırıb.

İştirakçılar səmimi söhbət şəklində keçən qəbuldan məmnun qalıblar.

İsmayıllı xəbərləri”

Şərh Yaz