Çatışmazlıqlar qısa müddətdə həll olunacaq 

 

Mart ayının 6-da İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.

Keçirilən qəbuldan razı qalan sakinlər ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasətdən, vətəndaşlara göstərilən diqqət və qayğıdan tam razı olduqlarını bildirməklə, ölkədəki hərtərəfli inkişafa görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə edib, müraciətlərinin qısa müddətdə müsbət həll olunacağına əmin olduqlarını bildiriblər.

RİH-nin başçısı Nahid Bağırov vətəndaş müraciətlərinin hər birinin həlli üçün əlaqədar təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz