Vətəndaşların razılıqla bitən növbəti qəbulu                  

 

Hər həftənin çərşənbə günü İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə rayon sakinləri qəbul edilir, vətəndaşların müraciətləri dinlənilir.

Hər qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli yolları araşdırılır, tədbirlər görülür. Aidiyyəti idarə və müəssisələrin cavabdeh şəxslərinə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılması  tapşırılır.

Fevral ayının 22-də keçən qəbulun iştirakçıları da onlara göstərilən qayğıdan razılıq ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz