Razılıq və təşəkkürlər artmaqdadır

Redaksiyamızın qapısını döyənlər sırasıda giley və probləmləri ilə yanaşı, təşəkkürlərini ictimaiyyətə çatdırmaq üçün gələnlər də az deyil.

Bir neçə gün əvvəl İsmayıllı şəhər sakini Abdullayeva Sevil Əli qızı qonağımız oldu. Söylədiklərini dinləmək olduqca xoş təsir bağışladı. Bələdiyyənin xalqa, əhaliyə vətəndaşlara yaxın bir qurum kimi üstünlüklərindən məmnunluqla danışdı. Son vaxtlar müraciətlərinə diqqətlə yanaşıldığını bildirdi. İsmayıllı bələdiyyəsindən ehtiyac duyduğu vaxtda maddi və mənəvi dəstək ala bildiyinə görə bələdiyyənin ünvanına xeyli xoş söz dedi. Bütün idarələrdə vətəndaşlara göstərilən diqqət və qayğının səviyyəsinin bələ yüksək olmasını arzu kimi səsləndirdi. Söylədiklərini olduğu kimi təşəkkürün mətninə daxil edərək, qəzetimizdə dərc olunmasını xahiş etdi.

Bir insanın bu qədər rahatlıqla hər hansı bir idarə, təşkilat və ya qurumdan razılıq etməsini dövlət-vətəndaş münasibətlərinin düzgün qurulması zəminində atılan uğurlu addımlardan saymaq çox düzgün olar. İnanırıq ki, İsmayıllı rayonunda, o cümlədən İsmayıllı bələdiyyəsində dövlət siyasətinin düzgün aparılması bu qəbildən olan razılıq və təşəkkürlərin sayını gündən-günə, durmadan artıracaqdır.

İsmayıllı xəbərləri”

Şərh Yaz