Kitabxanaçının əməyi qiymətləndirilib                      

İsmayıllı rayon MKS-nin Ruşan kənd kitabxana filialının müdiri Əliyeva Gülməkan Xasay qızının 65 yaşı tamam olub.

Yubiley yaşına çatan işçilərin çalışdığı kollektiv tərəfindən əməyinin qiymətləndirilməsi bir sıra təşkilat və müəssisələrdə ənənə halını alıb.

Bu münasibətlə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı Rayon MKS-nin direktoru Könül Baxışova və kitabxananın daha bir neçə əməkdaşı yubilyarı təbrik ediblər.

G.Əliyevaya mədəniyyət sahəsində uzun müddət səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə Komitə tərəfindən Fəxri fərman təqdim edilib.

İsmayıllı xəbərləri”

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz