Tanınmış kinossenarist və rejissorun yubileyi                          

İsmayıllı Rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Azərbaycanın tanınmış kinossenaristi, rejissor Ramiz Fətəliyevin 75 illik yubileyi ilə əlaqədar tədbir keçiriblər.

Şöbənin baş biblioqrafı Ruhiyyə Lətifova yubilyarın həyat və yaradıcılığından danışıb.

Tədbirin iştirakçıları R.Fətəliyevin ssenari müəllifi olduğu “Rəqiblər” fimindən qısa bir parçanı izləyiblər.

7 iyun 1946-cı ildə Bakıda anadan olan R.Fətullayev 1972-ci ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunu bitirib.

1974–1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya kollegiyasının üzvü olub və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlanıb.

1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışıb. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur.

Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də onlarla bədii film çəkilib. O, 2002-ci ildən həm də rejissor kimi fimlər çəkir, bədii televiziya filmlərinə quruluş verir.

Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.

Esmira Mikayılova

Şərh Yaz