“Suçlu sayılmışam savaba görə

                          Musa Yaqub

 

Hakim bir gün məni qəbul eyləyə,

Çəkdiyim zülümə, əzaba görə.

Çıxartmağa üzə can qoyub zaya,

Ömür bad etmişəm xaraba görə.

 

Qohuma, deməyib dərd qardaşıma,

Dönmüşəm nisgilə, könül yaşıma.

Yaylıq tapmamışam örtəm başıma,

Ayaq yalın olub coraba görə.

 

Qoymur tapam nicat, dinclik məlallar,

Xaniman rəxnəsi, var qeylü-qallar.

Yığılıb qalıbdır dildə suallar,

Məmnun qalmamışam cavaba görə.

 

Qoyub bünövrəni, təməli qəmdən,

Nəsə yazıb, nəsə yazmamışam mən.

Danışmacam sizə dəftər, qələmdən,

Heç nə deməyəcəm kitaba görə.

 

Qalbdır sonraya şamım, naharım,

Boyata dönübdür nübarım, barım.

Soyuq olur bişirənlə rəftarım,

Soyuq aş suyuna – dənaba görə.

 

Yoxdu pul, olarsa, verərəm xeyir,

Baş örtüb getmərəm qazmağa qəbir.

Xərcləməyə məkan, tapmış olub yer,

Xərcləmərəm pulu hicaba görə.

 

Görmüşəm yıxılır, verib qüvvə, tab,

Yaşamış olmuşam əzab, iztirab.

Verəsi olmuşam hardasa cavab

Xeyirxah əmələ, savaba görə.

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz