Zəfərə aparan Lider

Bu son illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Bu müddət ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində böyük Zəfər qazanılmasıdır. Erməni işğalçılarını əzəli torpaqlarımızdan qovduq və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim Şanlı Qələbəmiz qürur mənbəyimizdir.

Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbə vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.

Hazırda ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya çərçivəsində dünya azərbaycanlılarının şəriksiz lideri Prezidentimiz İlham Əliyevin başlatdığı dərin islahatlar siyasəti, əldə edilmiş tarixi Zəfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Azərbaycanın vəziyyəti müstəqilliyinin ilk illərində gərgin vəziyyətdə idi. Həmin dövrdə yaşamış vətəndaşlarımız bu proseslərin canlı şahidləri olublar. Vəziyyətin gərgin dövründə hədə -qorxulara məhəl qoymayan ziyalılarımız Ulu Öndər Heydər Əliyevə müraciət edərək Azərbaycanı parçalanma təhlükəsindən xilas etməyə dəvət edirlər. Ulu Öndərin həyata keçirtdiyi siyasətə xalqımız birmənalı olaraq səs verir. Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi və dirçəlməsi uğurunda öz xidmətlərini göstərmişdir. Yeni Azərbaycan Partiyasının yaranması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun yüksək təcrübəsi, savadı, xalqına olan böyük sevgisi ölkəmizin mütərəqqi insanlarını öz ərtafında birləşdirdi.Ümumilli Liderimiz Heyder Əliyev ölkəmizdə böyük işlərə imza atdı. Onun yürütdüyü siyasət nəticəsində yüngül sənaye sahələri yüksək dərəcədə inkişaf etdi. O insanlarla daim təmasda idi . Bu isə xalqda ona qarşı böyük hörmət və rəğbət hissi yaratmışdı. Eyni zamanda , müstəqilliklə bağlı Heydər Əliyevin , qətiyyətli addımları xalqımız tərəfindən yüksək qiymətləndirildi.

Məhz bu səbəbdən 2003-cü il Prezident seçkilərində Ulu Öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev xalqımız tərəfindən seçilmişdir.Ölkə başçımızın bu siyasəti uğurla davam etdirir. Son dövr ərzidə olan inkişaf bunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının müstəqilliyini , suverenliyini , ərazi bütövlüyünü daima qoruyan, bu yolda beynəlxalq konfranslarda öz sözünü deyən Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, hazırda ölkə rəhbərimiz Prezident İlham Əliyev həm xarici, həm də daxili siyasətdə bu işi davam və inkişaf etdirməkdədir.

Biz ölkə başçımızın siyasətinə inanırıq ki, Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev daima vətənimiz rifahı və inkişafına yol açan siyasət yürüdəcəkdir.

Əli Baxışlı,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tarix müəllimi

 

 

 

 

 

 

 

 

Şərh Yaz