Ümummilli Liderin siyasi kursu potensialını artırmaq istəyən dövlət işçilərinin öyrənəcəyi salnamədir 

Ulu Öndər Heydər Əliyevin siyasi irsi dövlətçilik sahəsində çalışan və potensial kadr kimi yetişmək istəyən şəxslər üçün tədqiqat obyektidir. Onun dövlət işlərindəki təcrübəsi tarixin böyük sınağından keçib və idarəetmənin milli modelinə çevrilib.

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edərkən dövlətçiliyin zirvəsindən həmin təcrübəyə nəzər salıb. Bildirib ki, Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə qabaqcıl yerlərə nail olmuşdu. İttifaqda iki əsas donor ölkə var idisə biri Azərbaycan idi. O zaman kənd təsərrüfatı, ağır və yüngül sənaye güclü inkişaf etdirdi. Ulu Öndər xalqın böyük rəğbətini qazanmışdı. Bu, onun qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi sayəsində mümkün olmuşdu.

 

Əslində bütün bunlar bu gün bir çox məmura səslənən mesaj kimi başa düşülə bilər. Ölkə başçısının son illər həyata keçirdiyi kadr islahatları da həmin prinsiplərə əsaslanır və uğurlu nəticələrini verməkdədir. Qədirbilən xalqımız məmurlardan ölkənin müasir inkişaf tempi ilə ayaqlaşmağı tələb edir. Hazırda bu sahədə prezident-xalq iş birliyinin bəhrələri müşahidə olunur. Bu bəhrələrdən İsmayıllı rayonunun da payına düşən var. Biz sakinlər, o cümlədən yerli ziyalılar Prezident İlham Əliyevin kadr islahatlarına və rayonumuzda həyata keçirdiyi yeniliklərə dəstək olmağa və əlimizdən gələni etməyə çalışırıq.

 

Səid Hüseynov

Şərh Yaz