Azərbaycanın beynəlxalq arenadakı prioritetləri milli maraqlar əsasında müəyyən olunur

Bu gün Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılıb. Əminik ki, bu, təşkilatla qurulmuş sıx əlaqələrin, 9 üzv ölkə ilə strateji tərəfdaşlığın uğurlu davamıdır. Dövlətimiz ittifaqdakı fəaliyyətini və prioritetlərini yalnız milli maraqlar əsasında qurub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışından belə qənaətə gəlmək olur olur ki, Azərbaycan beynəlxalq siyasi arenadakı təcrübəsini bundan sonra bölgədə daha böyük uğurla tətbiq edə biləcək. Respublikamız regionda vəziyyəti köklü surətdə dəyişdirə bildi, öz milli maraqlarını qəbul etdirməyə nail oldu.

Dövlətimizin xarici siyasətdəki prioritetləri arasında qonşu ölkələrlə əməkdaşlıq xüsusi yerə malikdir. Bununla bərabər, başqa ölkələrlə də uğurlu münasibətlər qurulub. “Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun” – Prezident deyib.

O da bildirilib ki, beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana xeyli tərəfdaş qazandırıb. Bu mənada Qoşulmama Hərəkatını qeyd etməyə dəyər. Üzv ölkələr Azərbaycanı müdafiə etdilər. Ölkəmizin bu təşkilata rəhbərlik etməyi formal xarakter daşımır. Azərbaycan bu təşkilat üzvlərinin haqq səsini heç kimdən çəkinmədən müdafiə edir, onlara kömək göstərir. Hətta COVID-19 pandemiyası ilə əlaqədar üzvlərə yardım göstərib. Onlar da ölkəmizi müdafiə edib.

Səid Hüseynov

Şərh Yaz