Artıq ölkəmizdə milli həmrəylik və sağlam dialoqun mükəmməl Azərbaycan modeli formalaşıb.

Ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedentə çevrilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsidir. Hər zaman olduğu kimi, bu gün də milli həmrəylik dövlət siyasətinin prioritetlərindəndir.

5 mart 2021-ci il Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə başçısı İlham Əliyev milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladaraq bildirmişdir ki, müharibədən əvvəl ölkəmizdə yeni bir müsbət iqlim yaranmışdı.Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna nail olduq. Bu gün isə qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur.

Qeyd etməliyik ki, 6 partiyanın YAP-a qoşulması dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Hakim partiyanın ali toplantısında bildirilib ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Əksər partiyalar arasında sağlam münasibətlər formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Bu da aydındır ki, dağıdıcı ünsürlərin siyasi meydanı daralıb. Sadəcə, özlərində cəsarət tapıb həqiqəti etiraf etməlidirlər.

Artıq siyasi partiyaların YAP-a qoşulmaq qərarı milli birliyə yönəlmiş addımdır. İsmayıllı rayon YAP təşkilatı siyasi islahatların gələcəkdə Dövlətin milli tərəqqisinə böyük töhfələr verəcəyinə əmindir. Düşünürük ki, dialoq ənənələri zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillər mövcuddur. 6 partiyanın hakim partiyaya qoşulması bu islahatların ilkin müsbət təzahürüdür.

Bir sözlə, dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qurulması işinə bütün potensiallar səfərbər edilməlidir.Əminik ki, ölkə başçımızın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən siyasət ölkədəki həmrəylik və milli birliyi daha da möhkəmləndirəcək.

Hafiz Kərimov,

TİAHİ İsmayıllı komitəsinin sədri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz