Böyük Qələbə tarixi ədaləti bərpa etdi

Azərbaycan parlaq qələbə qazanaraq işğalçı Ermənistanı məğlub etdi. Bu bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli getdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşdu ki, işğala, dünyanın göz yumduğu haqsızlığa son qoyulsun, haqq zəfər çalsın, ədalət bərpa edilsin və buna nail oldu. 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyaslnın qurultayında bu fikirlər səsləndirilib.

Ermənistanın işğalçı və faşist siyasətini faktlarla bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran ölkə başçımız bildirib ki, bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, Prezident-Xalq-Ordu birliyi sayəsində qazandıq.

Bəli, bu Böyük Qələbə ədaləti bərpa etdi. Əzəli-əbədi torpaqlarımızda üçrəngli bayrağımız ucaldı. Ölkə başçımız İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını tarixə yazdırdı.

Bu tarixi salnaməni yazanlar arasında doğma İsmayıllımızın igid oğullarının da imzası var. Vətənə sədaqət dərsini şagirdlərinə öyrədən Famil Əhmədzadə şəhidlik zirvəsinə ucalaraq Vətən tarixini yazanlardan oldu. Minlərlə Azərbaycanın şəhid övladları kimi həmyerlilərimiz də şəhid, qazi oldular, tarixi ədaləti bərpa etdilər.

Qrultayda o da vurğulandı ki, baxmayaraq biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, amma son illər ərzində apardığımız diplomatik səylər də öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT təhlükəsizlik şurasının 4 qətnaməsi, BMT baş Assambleyasının qətnamələri, İslam Əməkdaşllq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti Azərbaycanın haqq işini dəstəklədi.

Qürurvericidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz xidmətləri və xalqımızın əzmi, iradəsi sayəsində Azərbaycan öz yeni gələcəyini inşa etməyə başlayıb. İnanırıq ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq quruculuq işləri Azərbaycanı daha da qüdrətləndirəcək.

Ülviyyə Zeynalova,

İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz