Onlar vətən uğrunda vuruşmuşdur

Faşizm üzərində qazanılmış tarixi qələbənin 73 illiyi bir kəndin timsalında

Müharibə hər zaman fəlakət yaradan, cəmiyyəti məhvə doğru aparan bir vasitədir. Tarixi müharibələr sırasında İkinci Dünya müharibəsi kütləvi insan qırğınının çox olması ilə fərqlənir. Azərbaycanlılar üçün bu müharibə Böyük Vətən müharibəsi adı ilə qeyd olunur. Onlar vətən uğrunda vuruşmuşdur      Г‡ünki o zaman Azərbaycan Respublikası SSRİ-nin tərkibində idi. Bu müharibə azərbaycanlılar üçün bir də ona görə yadda qalandır ki, ölkədə elə bir ailə olmayıb ki, onun üzvlərindən bu müharibədə iştirak etməsin. Hətta, elə ailə olub ki, iki və ya üç-dörd nəfərini cəhbəyə göndərib. Olub ki, ata iki il gedəndən sonra oğlunun əsgərlik yaşı çatdığına görə cəhbəyə çağırılıb. Hətta, xəstə olmağı nəzərə almadan cəbhəyə yola salınanlar da olub.
İsmayıllı rayonu da o dövrdə böyük itkilərə məruz qalıb. Kişilər, əsas işçi qüvvəsi cəbhədə olduğu üçün qadınlarımız əkin-biçin edir, ən ağır işləri görürdülər. Uşaq və yeniyetmələrin də əməyindən istifadə olunur, özlərinin təminatından əlavə dövlətə, cəbhəyə də taxıl göndərilirdi.
Cəbhədəki döyüşlərdə qəhrəmancasına həlak olanlardan savayı, əhali arxa cəbhədə də acından, ərzaq çatışmamazlığından kütləvi şəkildə məhv olurdu. Bu səbəbdən bir nəfər belə ailə üzvü qalmayan ailələr olub…
Bu hadisələri yada salmaqla müstəqilliyimiz dövründə xalqımızın əminamanlıqla yaşamasının, yaşayıb-yaratmasının nə qədər gözəl olduğunu bir daha xatırlatmaq istəyirəm.
Böyük Vətən müharibəsində fədakarlıqla iştirak edən kəndlərimizdən biri də Vaşadır. Vaşa kəndi rayonumuzun ucqar dağ kəndlərindən biridir. Г‡ox təəssüf ki, hal-hazırda kənddə üç ailə yaşayır. 1940-1950-ci illərdə kənddə 150 ailə yaşayırdı. Vaşa dəniz səviyyəsindən xeyli yüksəkdə olan kəndlərimizdəndir.
Müharibəyə bu kənddən 45 əsgər yola salıb analar. Onlardan 8 nəfər salamat qayıtmış, 7 nəfər isə ağır güllə yarası aldığı üçün xəstəxanadan evə göndərilmişdir. Bir sözlə, 45 nəfərdən yaralı və xəstə olmaqla 19 nəfər geriyə, Vətənə qayıtmışdır.
Müdhiş döyüş meydanından sağ-salamat qayıtmış, hamımızın tanıdığımız və ruhuna hörmət bəslədiyimiz insanları bir daha yada salmağı özümüzə borc bilməliyik. Bu insanlarla dəfələrlə xeyir və şər işlərdə bərabər olmuşuq. Onların övladları, nəvə və nəticələri bu gün azad Azərbaycanda əmin-amanlıqla yaşayırlar. Bu vətəndaşların xatirəsi hər zaman-zaman anılacaqdır. Ziyəddin Babayev, Musa Babayev, Əli Məmmədov, Üzeyir Abdulov, Şayəddin Adilov, Xanbaba Məmmədov, Məmmədəli Vahabov, Abdullətif Zərbiyev və daha 7 nəfər müharibədən yaralı qayıdan vaşalı vardı.
9 may 1945-ci ildən 73 il ötsə də xalqın xatirəsindən o qanlı-qadalı illər çıxmamışdır. Qələbə günü həmişə Azərbaycanda xatırlanmış və geniş qeyd olunmuşdur. Г‡ünki, məhz o müharibədə neçə-neçə igidlərimiz, ərənlərimiz, oğullarımız şəhid olmuşdur. 45 nəfər igiddən nə az, nə də çox 26 nəfər geri dönməmişdir.
Vaşa kəndi də 1941-1945-ci il müharibəsində belə bir itkiyə məruz qalmışdır. Müsahibim 82 yaşlı Əhəd Heybətov şəhid olanların sayının 29 nəfər olduğunu deyir, adlarını bir-bir çəkir. Lakin yaddaşından adı silinmiş 3 nəfərin adını xatırlaya bilmir.
Müharibədən sonra ömürlərini öz el-obasında min cür əziyyətlə başa vuran, heç kəsə yaralarını belə biruzə verməyən mübarizlərimiz çoxlarının yaddaşından bu gün də silinməyib. Bu soydaşlarımız müharibədən sonra da mətnlik, əsl vətəndaşlıq nümayiş etdirərəkbugünümüzə örnək ola biləcək bir həyat yaşayıb, tərbiyəli övladlar böyüdüb boya-başa çatdırıblar: Lətif Məmmədov, Г‡ıraqalı Tahirov, Ağalı Babayev, Əsədulla Babayev, Seyfəddin Məmmədov, Qərib Məmmədov və Salam Abdulov –“ düz 7 nəfər. Onlar faşistlərdən aldıqları güllə və qəlpə yaralarını öz bədənlərində daşıyırdılar.
Bunları yazmaqda məqsədim xalqımızın başına gələn müsibətlərin, onların qəhrəmanlıqla keçən ömürlərindən müəyyən məqamları, əhvalatları hazırda yaşayan gənclərimizə çatdırım.
Həmid Hacıyev,
əmək veteranı

Şərh Yaz