İntiqam Mehdizadənin yaradıcılığından

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İstedadlı qələm sahibi Respublika Mətbuat Fondunun “Dan ulduzu”, Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və “Qızıl qələm” mükafatları laureatıdır.İntiqam Mehdizadənin yaradıcılığından    Г‡OBAN QIZI

(Şakərimdi, bir kövrək, ruhumu yerindən oynadan mahnı eşidərkən ona qabaq yazmaq keçir könlümdən. Bəzən dəyib-dolaşan olmasa, araya özgə qayğılar çıxmasa yazıram da. Rəhmətlik Hacıbaba Hüseynovun, Aygün Bəylərin böyük duyğusallıqla oxuduqları “Г‡oban qızı” xalq mahnısı da o sıradan).

Bilistanda bir qız gördüm
Dan ulduzuydu
Dedilər çoban qızıdı
Keydi, mızıdı.

Bulaqdan su gətirirdi
Qıyğacı baxdı
Bizə “xoş gəlmisiz” deyib
Tez yoxa çıxdı.

Bir çoban qızını gördüm
Ağzı qaymaqlı
Əynində nimtənə vardı
Qolu yamaqlı.

O gözələ deyiləsi
Bir sözüm vardı
Dedilər dədəsi köntöy,
Özü avamdı.

Bir çoban qızını gördüm,
Allah, nə halda!
Könül verib alanı yox
Gözləri yolda.

Bir çoban qızını gördüm
Xəyala dalmış
Qapısına gələni yox
Gəmisi batmış.

Bir çoban qızını gördüm
Gözləri yaşlı
Evim yoxdu elçi düşəm
Mən başı daşlı.

Bir çoban qızı var idi…
Dağdan aşdılar
Mən gözümü açanacan
Alıb qaçdılar.

Biri vardı, biri yoxdu
Nağıldı, bitdi
Bir çoban qızı varıydı
İndi gəlindi.

BALACA ƏZABKEŞ

İstedadlı müğənni xanımla “Apar məni” adlı son dərəcə təsirli bir mahnı – duet oxuyan azyaşlı oğlana üz tutdu.

Səni bu səhnəyə kim çıxarıbdı,
Sən hardan biləsən ayrılıq nədir?
Oxuma, balaca, o sənlik deyil,
Ayrılıq əzabın çəkənlər bilir.

Boyun bircə qarış, səsin ilahi
Saxla göz yaşını, gərəyin olar.
Dərd, ələm yaşınca, boyunca deyil
Hər yaşın öz sözü, öz ahəngi var.

Ağzından süd iyi hələ getməyib
Düş ordan, oxuma, xamsan, körpəsən.
Hələ ayrılıqdan başın çəkməyib
Hicran atəşində qovrulmamısan.

Uşağın öz yolu, gəncin öz yolu,
Bu gidi dünyanın öz sahmanı var.
Səni öz yolundan salıb aralı
Məsum görkəmindən fayda umurlar.

Г‡ıxma ekranlara, hələ uşaqsan
İçini dərd, ələm ovanda oxu.
Əl açıb mərhəmət umduğun adam
Səni qapısından qovanda oxu.

Kim səni salıbdı bu dağa, daşa
Hıçqırıq, göz yaşı sənlikdi məyər?
Г‡əkil get, inanma küyə, alqışa
Başına gələnlər başmaqçı olar.

Bilirsənmi, oğlum, dost məclisinə
Borc alıb könülsüz getmək necədir?
Can verən ananın son nəfəsinə
Г‡atmayıb yollarda qalmaq necədir?

Dünyada hamıdan güclü sandığın
Atan düz qamətin əyəndə oxu.
Anan körpəsinin urvalığıyçın
Qonşu qapısını döyəndə oxu.

“Apar məni” – deyib qəddimi əydin,
Səni kim itirib, kim axtaracaq.
Anası Dubayda azan yetimin
Günü, güzəranı çətin olacaq.

Biri zurnaçalan, biri dəfvuran
Nəfsinin, qarnının quludur çoxu,
“Apar məni” deyib hıçqıran oğlan,
Di haydı, yeri get, dərsini oxu.

SƏS YADİGARI 98

Eşitdim müğənni həmyerlim Sahibə Abdullayevanın yubiley yaşı yaxınlaşır. Yaş da ki, az yaş deyildi. Açığı inanmağım gəlmədi, bir az da karıxdım. Öz-özümə “nə tez bu yaşa gəlib yetişdin, ay qız” dedim. Amma sonra yaşının bu çağında belə 18 yaşdakı səsiylə oxuduğu mahnılar bir-bir qulaqlarımda çınladıqca toxtadım. Yox, yaş ilahidən vergili olan Sahibənin səsinə zərrəcənə dəyib-dolaşmayıb. Şahidi olduğum sənət yolu gəlib keçdi gözüm önündən. Azərbaycan radiosunda ona həsr elədiyim yarım saatlıq veriliş, onu dinlərkən rəhmətlik Rübabə Muradovanın reaksiyası, rəsmi tədbirlərin, toy mərasimlərinin bəzəyi olan bu istedadlı sənətkarın uzun illər gözdən-könüldən uzaq qalması, nəhayət çox-çox sonralar “Tərəqqi” medalına layiq görülməsi… Dayana bilmədim, şair olmasam da, haqqında demək istədiklərim qafiyəli şəkildə kağıza düzüldü:

Sənin taleyindir sənətin yolu,
Bu yolda axtarıb tapdın özünü.
Muğam bir qolundu, mahnı bir qolun
Səhnədən mərdanə dedin sözünü.

Sənətə bir ucqar kənddən gəlmisən
Bu da bir gəlişdi, olsun, nə olar?
Səslər zirvəsində qərar tutmusan
Zirvədən o yanda mələklər yaşar.

Sıraya düzülüb manıs xanımlar
Səsləri Parisdən, Dubaydan gəlir.
Yurdunnan bir addım qoymur kənara
Sahibə illərdi qiymət gözləyir.

Hərə üzün tutub bir yana gedir
Bu çərxi-fələyin yönü haradır?
Sahibə səsiylə seli ram edir
Filankəs ad alıb ona vaz atır.

Yaşın nə fərqi var, səsin var olsun
Sən duyan qəlblərin tərcümanısan.
Allaha sığınıb haqqa tapınsan,
Doxsan yaşda belə oxuyacaqsan.

Sən Qaçaq Cümşüddən qalan bir nişan,
Lahıcın bağrından qopan sədasan.
Adamsız, kimsəsiz, yalqız dolaşan
Rübabə xanımın səs ortağısan.

Qədim nəğmələrin çəmənlərində
Bitmisən çöllərin laləsi kimi.
“Şirvan şikəstəsi” sənin ləhcəndə
Səslənər analar laylası kimi.

Sən ana olmadın bu Yer üzündə
Millətin balasın öz balan saydın.
Sözüm sırğa olsun qulaqlarında
Şirin nəğmələrdi sənin övladın.

Xoşbəxt ömür yaşa “övladlarınla”
Yüzü haqlasan da, onlarla bir ol.
Ruhları oxşayan mahnılarınla
Tarixdə yerin var, qız, arxayın ol.

Oxu, müğənni qız, şeytana lənət,
Qoy şaqraq zəngulən lap ərşə yetsin.
Sənət yollarında çəkdiyin zillət
Adına, şəninə şərəf gətirsin.

Asfalta çəkilmiş rəsmlər

İnternetdə rast gəldiyim bir fotoşəkil məni dərindən sarsıtdı. Yüzlərlə istifadəçinin şərhlərindən belə məlum oldu ki, anasının atıb getdiyi körpəcə qız uşağının şəklidir bu. Sən demə, özünün uşaq təxəyyülündə canlandırdığı ana obrazını təbaşirlə soyuq asfalt üzərinə çəkmiş, sonra da o təsviri ana qoynu sanıban başını köksünə qoyub yuxuya getmişdir. Bu mənzərədən təsirlənən saysız-hesabsız internet istifadəçilərinə mən də qoşuldum, az qala hönkürə-hönkürə bu sətirləri yazdım.

Ağzında süd qoxusu, əllərin təbaşirli
Arzun isti bir qucaq, məsum çöhrən fikirli.

O möhtəşəm işinə min “əhsən” deyir hərə,
Səttar baban görərsə, fırçasın qoyar yerə.

Dur ayağa balacam, soyuq kəsər, qurudar
Anan üz döndəribsə, səni kimlər ovudar?

Г‡əkdiyin o əsəri Allah baban görəcək,
Mələklərin göndərib sənə yiyə duracaq.

Bir azca döz, gözəlim, qoy havalar isinsin,
Anan bu şəkli görüb bəlkə insafa gəlsin.

Ürəyimə damıb ki, səadət bulacaqsan,
Allahın yardımıyla sənətkar olacaqsan!
1 dekabr 2017

Şərh Yaz