“DAДћ Г‡İГ‡ƏKLƏRİ”

Verin bu dünyanı yaxşı əllərə

Mənim ürəyimdə xoşbəxt arzular,
İnsana məhəbbət yaşayır, Allah!
Cismim torpağındır, ruhum Tanrının,
Gözüm gözəlliyi oxşayır, Allah!
“DAДћ Г‡İГ‡ƏKLƏRİ”
Dolur ürəyimə, dolur ağrılar,
Cəllad siyasilər-ürəyi daşdan.
Gəlin, bu dünyanı qurtaraq həmən,
Göz yaşı, fəlakət, ölüm, savaşdan.

Siyasət, maraqlar insan əlində,
Onu dan yerinə aparmaq olar.
Vallah, yer üzünü cənnət eyləyib,
İnsanı insan tək yaşatmaq olar.

Dünya od içində, ölkələr viran,
Şərqin ahlarıdır göylərə bülənd.
Bu super güclərin tülkü xisləti,
Canavar tələsi, əlində kəmənd.

Verin bu dünyanı yaxşı əllərə,
Sındırıb, dağıtsın daş ürəkləri.
Gülsün çəmən-çəmən bu Yer kürəsi,
Uçursun bahara kəpənəkləri.
Murad Məhərrəmov

Olmazdımı

Niyə əydin məni, dünya?
Əyməsəydin olmazdımı?
Qapımı vaxtsız-vədəsiz
Döyməsəydin, olmazdımı?

Hələ yazdı göz, qaşımda,
Sevdam dolanır başımda.
Xətirimə bu yaşımda
Dəyməsəydin, olmazdımı?

Almışdın gül-çiçəyimi,
Gözəlimi, göyçəyimi –“
Barı, dərdlə ürəyimi
Oymasaydın, olmazdımı?

Dəyişib üzüm rəngini,
Tanrı verən ahəngini.
Başıma qar çələngini
Qoymasaydın, olmazdımı?

Saraldıb çöl-çəmənimi,
Puç elədin saf dənimi.
Alıb məndən bədənimi Geyməsəydin, olmazdımı?

Aldanıb şirin dilinə,
Yaman keçmişəm əlinə.
Dünya, şeytanın felinə
Uymasaydın, olmazdımı?

Xoş gəlmədin heç yanıma,
Г‡ıxdın axır ki, sonuma.
Heç olmasa bu canıma,
Qıymasaydın, olmazdımı?
Nazir Ziya Talıstanlı

Dəlidir

Hara qaçır təngnəfəs, eyvah, zaman dəlidir,
Əbədiyyət dəlidir, gün dəli, an dəlidir.

Axşam Günəşdən küsür, səhər qovur ulduzu,
İki eşq arasında, bax, asiman dəlidir.

Hər ölçənin əlində başqa rəqəm göstərir,
Hər cür artır, azalır, ölçü, mizan dəlidir.

Bu usanmır qətldən, bezmir şəhidlikdən o,
Adət, vərdiş ağılsız, qatil, qurban dəlidir.

Gör necə alqışlanır yıxan, döyən, öldürən,
Tamaşaçı, pəhləvan, hakim, meydan dəlidir.

Napaklardan gizlənir, paklara cəza verir,
Г‡əkir intiharadək, şərəf, vicdan dəlidir.

Vurğunudur Xeyirin, Şərin də aşiqidir,
İtiribdir ağlını, vallah, insan dəlidir.
Oqtay İsmayıllı

Dağlara gedək

Qasım Məmmədovun “Həftəso harayı” yazısına

Gəl gedək dağlara, gəl gedək, vallah,
Böyüklük, kiçiklik dağlarda qalıb.
Qalxaq yaylaqlara hər axşam, sabah,
Ürəyim dağlarda, dağlarda qalıb.

Udaq havasını, dərək gülünü,
Qayada təkənin izindən keçək.
Suyun təmizini, suyun safını
Əyilib bulağın gözündən içək.

Burda əyrilərlə yoldaş olmaqdan,
Orda boş səmaya baxmaq yaxşıdır.
Qarışıb dağların sel-sularına,
Г‡əmənə, çöllərə axmaq yaxşıdır.

Nə lazım bulaşaq çirkə, çirkaba,
Г‡irkabın çirkablı adamları var.
Dolanaq dağları biz oba-oba
Dağların saf, təmiz adamları var.

Ordakı insanlar cənnət adamı,
Canlı da, cansız da təmizdir orda.
Min dilli, min sifət adamlar ki, var
Sakit qoymayacaq bizi gorda da.

Qayıdaq dağlara, viran yurdlara,
Dağılan yurdlarda ocaq yandıraq.
Yığılsın yollardan evlərin gözü,
Kimsəsiz evlərdə çıraq yandıraq.

Yenidən canlansın dağlarda həyat,
Xoş səda yayılsın göy yaylaqlara.
Mağarlar qurulsun, qara zurnanın
Nərəsi yayılsın uca dağlara.

Hərə öz yurdunun yiyəsi olsun,
Yad ayaq dəyməsin doğma ellərə.
Ucalsın dağlarda uca saraylar,
Sədası, şəfası düşsün dillərə.

Gəl gedək dağlara, gəl gedək, vallah,
Abır da, həya da dağlarda qalıb.
Gəzək yaylaqları hər axşam, sabah,
Böyüklük, kiçiklik dağlarda qalıb,
Ürəyim dağlarda, dağlarda qalıb.
Xalıq Yusifoğlu

Qadın

Evində saçını süpürgə edib,
Eşqini göylərə ucaldan qadın.
Bir qədirbilməzə qəlbini verib,
Cavan, gül ömrünü qocaldan qadın.

Qara günlərini çəkib saçına,
Ağaran telləri vartək gizlədin.
Acı dərman kimi udub bu günü,
Sabahı ümidlə, oyaq gözlədin.

Bir nadan əlində soldu gəncliyin,
Dərdin suçuqladı dodaqlarında.
Sevgiylə alışan qara gözlərin,
Qəm, kədər suladı yanaqlarında.

Ölü arzuların məzarı sinən,
Dözdün, dözümünü lənətləyərək.
Ölmək, ölmək idi, xırıldayaraq,
Yaşadın qismətə boyun əyərək.
Turac Hilal

Qorxmuram mən

60 yaşım münasibətilə

Ömrüm bir bəyaz cığır,
Gedirəm ağır-ağır.
Günəş zirvədən doğur,
Yoxuşdan qoxmuram mən.

İçimdədir Araz, Kür,
Bu nə hikmət, bu nə sirr.
Üstümdə bulud –“ çətir,
Yağışdan qoxmuram mən.

Sinəm üstü bir ocaq,
Üşüyənə bir bucaq.
Gəlib məni tutacaq
Qarğışdan qoxmuram mən.

Rübabımda sim odlu,
Ömür odlu, gün odlu,
Saçlarımda dən adlı
Naxışdan qoxmuram mən.
Cəbrayıl Hüseyn

Bir qoca gördüm

Solubdu siması, saralıb üzü,
Əsir ayqları, titrəyir dizi.
Dili topuq vurur, dolaşır sözü,
Bir zaman gənc idi, qocalıb indi.

Gah sağa, gah sola çapdı atını,
Nə ki var, dünyanın daddı dadını.
Unutdu nəslini, dandı zatını,
Bir zaman gənc idi, qocalıb indi.

Gecikib qatarı, haqqa gec dönüb,
Daha yerdə gəzir, göylərdən enib.
Peşiman boylanır, Günəşi sönüb,
Bir zaman gənc idi, qocalıb indi.
Nailə Yırğançaylı

Rübailər

Qan verən yaramı gəl bir sarı, yar,
Bununçun gəlirəm sənə sarı, yar.
Demə, həkimə get, belə yaranı,
Ancaq sənin kimi həkim sarıyar.
* **
Sevgim ürəyimdə oda yanacaq,
Ürəyim yanantək, o da yanacaq.
Bu alov əssə də qərib küləktək,
Güclənər, zənn etmə o dayanacaq.
** *
Xəbər aparınız işvəkar yara,
Qan etdi könlümü hey yara-yara.
Orada bahar var, qanla sulanıb,
Qan rəngli güllərə döndü hər yara.
***
Könül, yaşayarsan arzularda, yaz,
Bülbül ol, açılsa arzularda yaz.
Dayaz arzularda, odsuz qəlblərdə
Olmazmı əməllər, arzular dayaz.
***
Qəlbimə etməzsə tufan da əsər,
Soyuq baxışlardan üşüyər, əsər.
Payız yarpağıtək pıçıldayaraq,
Uğursuz eşqimdən yaradır əsər.
Rövşən Niyallı

Mən səni unuda bilmirəm

Mən səni unuda bilmirəm axı,
Sən mənim sevgili ürəyim oldun.
Həsrətdən saralıb ömrümün bağı,
Hər zaman lazımım, gərəyim oldun.

Sən bahar çağımın həvəsi kimi,
Köksümdə gül kimi ətirlənərdin.
Günəş hərarəti, nəfəsi kimi
Ruhumda, canımda sətirlənərdin.

Xəyalın itərsə, küsərsə məndən,
Yaşamaq eşqimə məzar qazılar.
Mənim ürəyimdə yaşadıqca sən,
Şeir pöhrələnər, nəğmə yazılar.

Mən səni unuda bilmirəm axı,
Sənli xatirələr yaşadır məni.
Sevgi ürəyimin dözümü, yağı,
Hər vədə ruhumda göyərdir səni.
Xatın

Var sənin

Ömür sürən cəfa çəkməz, qəm etməz,
Etibarın, düz ilqarın var sənin.
Şirin sözün, incə qəlbin, xoş üzün,
Dəyanətin, həm vüqarın var sənin.

Bir çəmənsən çiçəklərin təzə, tər,
Bir günəşsən, tellərində qızıl zər.
Bir bağbansan bağlarında bar, bəhər,
Könül açan xoş baharın var sənin.

Nəfəsinlə çiçək kimi açaram,
Fərəhimdən qanadlanıb, uçaram,
Vüsalına qollar açıb, qaçaram,
Bu sevgidə hər nübarın var sənin.

Həyatımda, taleyimdə yazısan,
Ürəyimdə ən müqəddəs arzusan,
Sən dünyamın, varlığımın özüsən,
Xoş sabaha düz yolların var sənin.
Gülxar Cəbiqızı

Kəndli kimi yaşamağa gəlirdim

Qubaxəlilli kəndinə

Mən sapanddan çıxan küntöy daş idim,
Ovxarlanıb yığılmağa başladım.
Kainata sığmayanda ürəyim,
Ürəyimdə sıxılmağa başladım.

Gördüm külək buludları kürüyüb,
Qara dərəm, sandım buzun əriyib.
Gülə-gülə iki addım yeriyib,
Üçüncüdə yıxılmağa başladım.

Gözəlcənin yaz fəslinə çatmamış,
Murov dağda saçlarıma çatdı qış.
İnqilab göl sahilinə çatmamış,
Bataqlıqda boğulmağa başladım.

Babadağdan endim Murov dadına,
Haray düşdü yaddaşımın yadına.
Eşqi tutub əqidəmin oduna,
Polad kimi yoğrulmağa başladım.

Nə vətənin tarixini bilirdim,
Nə vətənin torpağını bölürdüm.
Kəndli kimi yaşamağa gəlirdim,
Şair kimi doğulmağa başladım.
Vüqar Vaqifoğlu

Yoldayıq biz də

Səkinə müəllimin ölümünə

Təbiət güc verib kişiyə, ərə,
Gözəllik bəxş edib qıza, qadına.
Dünyanın ən böyük fatehləri də,
Diz çöküb, baş əyib ana adına.

Bizə sən öyrətdin haqqı, halalı,
Biz səndən öyrəndik Vətən, el nədir.
Sənin öyüdünlə davamçıların
Namusla, şərəflə sabaha gedir.

Evinin xanımı, elin anası –“
Biz belə tanıdıq səni əzəldən.
Gülən üzün ilə yetmişində də,
Zərif, gözəl idin neçə gözəldən.

Səni ölüm bizdən alıb apardı,
Yox-yox! Yer tutmusan ürəyimizdə.
Yerin cənnət olsun, ruhun şad olsun,
Anam, rahat uyu, yoldayıq biz də.
Şərqiyyə Balacanlı

İtirdik

(Cümhuriyyətin 100 illiyinə)

Г‡ox şeylər itirdik biz tarix boyu,
İtirdik ünvanı, itirdik soyu.
Göz yaşı axıtdıq biz Araz boyu,
Bir olmaq mümkünmü? Qismət! İtirdik…

Tapanlar sevinib çalanda təbil,
Uşaqtək ağladı Təbriz, Ərdəbil.
Ogündən qəm çəkir hər iki sahil,
Qazanıb dərd, qubar, möhnət, itirdik.

Zalım qaniçənlər əyləşdi taxta,
Sənədlər yazıldı, hiyləylə, saxta.
Qaldı gümanımız zamana, vaxta,
Nə qədər var-dövlət, sərvət itirdik.

Yad əldə Zəngəzur, İrəvan, Dərbənd,
Düşüb aralığa sərhəd, bərə, bənd.
Böyüklü-kiçikli neçə şəhər, kənd
Г‡əkir sahibinə həsrət. İtirdik…

Biz necə dözmüşük bu olanlara?
Uyub inanmışıq ağ yalanlara.
“Molodetc!” eşidib əl çalanlara,
Ənam veriləndə qeyrət itirdik.

Ey dünya, doğrudan gidisən, gidi,
Cəzasız qoymadın mərdi, igidi.
Cəfəri, Müşfiqi, Hüseyn Cavidi
Aldın əlimizdən, sənət itirdik…

Yaxşı ki, o günlər keçmişdə qaldı,
Xalqımız azadlıq zəfəri çaldı.
Üçrəngli bayrağım yenə ucaldı,
Bir də deməyəcək millət: “İtirdik”.
Mirəli İsmayıllı

Ölərəm, keçirtməsəm olanı qələmimdən

Şeir yazmağıma lağ edən birinə

Sən qaloşdan, parçadan, corabdan danışırsan,
Г‡örək pulundan ötrü daş da daşımışam mən.
Deməzdən əvvəl sözü, düşünüb-daşınıram,
Yaşamışam çox ağır həyat tərzi, yaşam mən.

Sərt gəlir gələn qışım, tay yoxdur yağışıma,
Deməyə çoxdu sözüm gözdəki göz yaşıma.
Yeriyir gicgahıma, gün də döyür başıma,
Elə islanmışam ki, qurumuram, yaşam mən.

Səslənməyibdi doğru, olub bəzən yalan car,
Aça biləm bağlını, əldə olaydı açar.
O gündən, biləndə ki, haqla pis davranarlar,
O gündən məktəb açıb dərsə başlamışam mən.

Şeir dolu dəftəri, yazanacan kitabı,
Yada yox, dost-tanışa satmışam mən corabı.
Yaylıq ala bilməyib, tapmayıb ayaqqabı,
Ayaqyalın, başaçıq həyat yaşamışam mən.

Ölərəm, keçirtməsəm olanı qələmimdən,
Mümkün deyil, xəbərdar olmayam dərd-qəmimdən.
Atıb alış-verişi, mütləq yazmalıyam mən,
Batırıb mürəkkəbə qələm yaşlamışam mən.
Tamam Nur Tağlabiyanlı

Şərh Yaz