İsmayıllıda yazlıq bitkilərin səpini

2018-ci ilin aprel ayının 01-i tarixinə rayon üzrə ümumilikdə 2098 hektar sahədə yazlıq bitkilər əkilib.
Yazlıq bitkilər əkilmiş sahələrin 604 hektarını kartof, 418 hektarını tərəvəz, 892 hektarını paxlalılar, 195 hektarını isə yem bitkiləri təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,0 hektar yazlıq bitkilər çox əkilmişdir. Havaların əlverişli keçməsi səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof əkini 117 hektar, tərəvəz əkini 136 hektar artmışdır. Hazırda yazlıq bitkilərin əkini sürətlə davam etdirilir.
Cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 28821 hektar taxıl sahələrində yüksək bitiş alınmış, əməkçilər tərəfindən sahələrə aqrotexniki qulluq davam etdirilir.
Əziz Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz