2017-ci ildə bələdiyyələr necə işləyib

İsmayıllı rayonu üzrə fəaliyyət göstərən 34 bələdiyyənin 2017-ci ilin yanvar-dekabr aylarında gəlirlərinin cəmi 569,2 min manat təşkil etmişdir. Cəmi gəlirlərin 28,9 faizi və ya 164,5 min manatı vergilərdən daxilolmalar, 71,1 faizi və ya 404,7 min manatı isə qeyri-vergi gəlirlərindən daxilolmalardan ibarət olmuşdur.2017-ci ildə əhalidən 120,7 min manat torpaq vergisi, 43,3 min manat əmlak vergisi, 0,5 min manat mədən vergisi toplanmışdır. Hesabat dövrü ərzində bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən 186,0 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən 120,6 min manat gəlir əldə edilmişdir.
Bələdiyyələrin 2017-ci ildə xərclərinin cəmi 575,0 manat təşkil etmişdir. Xərclərin 62,3 faizi yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 29,1 faizi abadlıq işlərinə, 8,6 faizi isə digər xərclərə sərf olunmuşdur.
2016-cı illə müqayisədə 2017-ci ildə bələdiyyələrin gəlirləri 24,1 faiz artmış, xərcləri isə 32,1 faiz çox olmuşdur.
Əziz Əzizov

Şərh Yaz