Aprel zəfəri qeyd olunub

Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Qalacıq kənd tam orta məktəbdə tədbir keçirilib. Məktəbin direktoru Rusan Qasımov Aprel döyüşlərində Azərbaycan Milli Ordusunun qazandığı zəfərdən danışıb. Bildirib ki, ordumuz bu döyüşlərdə tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu sübut edib.Aprel zəfəri qeyd olunub   Daha sonra çıxış edən məktəbin tarix müəllimi Samir Nizamlı söyləyib ki, qazanılan qələbə sayəsində “Böyük qayıdış” prosesi başlayıb. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisi öz doğma ocağına qayıdıb.
Tədbirdə şagirdlərin hazırladığı “Şəhidlər ölməz, vətən bölünməz” ədəbi-bədi kompozisiyası nümayiş olunub.
Maral Məmmədova,
məktəbin müəllimi

Şərh Yaz