Bildiriş-Məlumat

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi barədə

Hörmətli vergi ödəyicisi!
Bildiririk ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır.

Asan İmza sertifikatı üçün nömrəni Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən 18 manat ödəməklə əldə edib, Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla ASAN İmza sertifikatını ala bilərsiniz. Bundan sonra əmək müqavilələrini elektron informasiya sisteminə daxil edə bilərsiniz.
Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Əlavə məlumatı www.taxes.gov.az və www.e-gov.az saytlarından, vergi ödəyicilərinə xidmət mərkəzlərindən və “195” Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Vergilər Nazirliyi

Şərh Yaz