Parkda bayram şənliyi


Ismayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi xüsusi qayğıya ehtiyaclı uşaqlarla müntəzəm iş aparır, onlarla maraqlı tədbirlər keçirir, bayramları birlikdə qeyd edir. Ramazan bayramı münasibətilə keçirilən növbəti tədbirin də əsas iştirakçıları məhz xüsusi qayğıya ehtiyaclı uşaqlar idilər.

Parkda bayram şənliyiParkda bayram şənliyi

Ismayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi xüsusi qayğıya ehtiyaclı uşaqlarla müntəzəm iş aparır, onlarla maraqlı tədbirlər keçirir, bayramları birlikdə qeyd edir. Ramazan bayramı münasibətilə keçirilən növbəti tədbirin də əsas iştirakçıları məhz xüsusi qayğıya ehtiyaclı uşaqlar idilər.
Parkda bayram şənliyi
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva tədbir iştirakçılarını salamlayaraq müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi. İsmayıllı Cümə məscidinin dini icmasının sədri Vasif Teymurovun İslam dini və Ramazan bayramı barədəki çıxışı tək uşaqlar yox, böyüklər tərəfindən də maraqla qarşılandı. Çıxışdan kimin nəyi, necə yadda saxladığını öyrənmək üçün verilən suallara düzgün cavab verən tədbir iştirakçılarına nəfis çap edilmiş “Əsas dini biliklər” kitabı və eyni məzmunlu disk hədiyyə verildi. Uşaqlardan Dönməz Bünyatovun və Şamo İsayevin dinimiz barədə daha ətraflı məlumata malik olmaları onların cavablarından aydın görünürdü və ona görə də üstəlik tədbir iştirakçılarının bol alqışı ilə də mükafatlandırıldılar.
Parkda bayram şənliyi
Cəmi bir neçə gün bundan əvvəl 10 milyon kredit həddini keçməyin sevincini böyük bir şənliklə qeyd edən, son iki ildə İsmayıllı UADM-in keçirdiyi əksər tədbirlərdə onlarla birgə olan, xeyriyyəçilik ənənəsini ilbəil genişləndirən FİNCA Bankın İsmayıllı Filialının kollektivi də yenə tədbirə əlidolu gəlmişdilər. Kollektiv üzvləri UADM-in işçiləri, könüllüləri ilə birlikdə uşaqlarla rəqs etdilər, əyləndilər, çay süfrəsi arxasında məhəbbətlə onlara qulluq etdilər. Və yekunda 30 uşağa bayram süfrəsi üçün ərzaq paketləri payladılar.
Sonda xatirə şəkli çəkildi – bu gözəl günü həmişəyaşar edəcək an əbədiləşdi.

Gülnar Mikayılova

Şərh Yaz