İdmanın inkişaf edən növü

İyulun 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 20-ci illiyi münasibətilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi rayonun gənc velosipedçiləri ilə birgə veloyürüş təşkil edib. Yürüş Heydər Əliyev Parkında keçirilib. Qaliblərə Rayon Gİİ-nin diplom və hədiyyələri verilib. İdmanın inkişaf edən növü

İyulun 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 20-ci illiyi münasibətilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi rayonun gənc velosipedçiləri ilə birgə veloyürüş təşkil edib. Yürüş Heydər Əliyev Parkında keçirilib. Qaliblərə Rayon Gİİ-nin diplom və hədiyyələri verilib.
Rayonda gənclər və yeniyetmələr arasında velosiped idman növünə maraq artmaqdadır. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci idönümü və 28 May – Respublika günü münasibəti ilə də rayon ərazisində veloyürüşlər təşkil edilmişdi.
Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmışdır. Nazirlik yarandığı gündən inkişaf etmiş, idmançılarımız və gənclərimiz beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Ümidvarıq ki, tezliklə, velosiped idmanında uğur qazananlar sırasında İsmayıllı rayonunun yetirmələri də olacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz