Yaddas kitabcasi

Ölkəmizin ictimai-siyasi həyatında qadınlarımızın rolu

“Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat da ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.
Heydər ƏliyevÖlkəmizin ictimai-siyasi həyatında qadınlarımızın rolu
“Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat da ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.
Heydər Əliyev
Doğrudan da, əsrlər boyu Azərbaycan qadını ictimai-siyasi həyatda nümunə olub, cəmiyyətin ağırlığını öz çiyinlərinə götürərək, möhtəşəm, yenilməz qüvvəyə çevrilib. Öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Milli mənliyimizdə dərin kök salmış elə ənənələr var ki, biz onu həmişə öz qadınlarımızda görmüşük. Azərbaycan qadınının nəcib, xeyirxah, fədakar, mətin, qayğıkeş, insanpərvər nümunəsi məhz xalqımızın simasıdır. Azərbaycan qadını, ilk növbədə, ailənin, ocağın sədaqətli qoruyucusudur. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Bu qadın xalqımıza qəhrəman oğullar yetişdirir, dünyaya böyük alimlər, sənət ustaları, siyasi, dövlət xadimləri bəxş edir.
Tarixə nəzər saldıqca Azərbaycan qadınlarını hər zaman ərlərinin yaxın sirdaşı, silahdaşı kimi görürük. Qadın evinin xanımı olmaqla bərabər, həm də lazım gəldikdə döyüş meydanınına atılaraq vətəninin müdafiəçisinə, düşmənlərin qəniminə çevrilir. Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova, həkim Gültəkin Əsgərova yeni dövrümüzün fədakarlıq timsalı kimi əbədiləşmişlər.
Dahilərdən biri deyib ki, hər ağıllı kişinin arxasında bir ağıllı qadın durur. Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayılın qızı Məhinbanu, Şirvanşah Xəlilullahın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqa görkəmli siyasi və dövlət xadimləri olan belə qadınlarımızla həmişə fəxr edir, qürur duyuruq.
Hələ keçən əsrin 20-ci illərində ölkədə baş verən siyasi, iqtisadi və mədəni proseslərin fonunda fəallaşan qadınlarımızın sıralarından xeyriyyəçilər, təyyarəçilər, sənayenin müxtəlif sahələrində mütəxəssislər, mədəniyyət və incəsənət işçiləri, sənətkarlar, həkimlər, alimlər, dövlət və elm xadimləri yetişdi. Müstəqillik qazandıqdan sonra ölkəmizdə qadınların rolu daha da yüksəldi, fəaliyyətləri genişləndi. Çoxəsrlik tariximizdə qadın heç vaxt indiki qədər yüksəlməmiş, heç vaxt belə zirvələrə qalxmamışdır. Çünki ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi.
Xalqın təkidi ilə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə gəlişi müharibə şəraitinin olduğu bir vaxta təsadüf edirdi. Onun belə bir vaxtda ana-bacılarımıza bəxş etdiyi ən böyük töhfə cəbhə xəttində atəşkəsin əldə edilməsi oldu. Bununla da analarımızın, qadınlarımızın göz yaşına son qoydu. O zamanlar ölkədə qadın problemləri ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da “Qadınların IV Ümumdünya konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” fərman imzaladı. 1995-ci il sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın konfransında Azərbaycan qadınlarından ibarət nümayəndə heyəti iştirak etdi. Qadınların vəziyyətinin yaxşılaşması ilə bağlı 12 strateji istiqamətin müəyyənləşməsində ilk adekvat cavabı məhz Azərbaycan qadınları verdi. Bununla da qadınlarımızın siyasi fəallığı daha da artdı.
1998-ci ildə ulu öndərin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitə yaranandan sonra Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı öz təsdiqini tapdı. Elə həmin vaxtda Heydər Əliyevin “Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı fərman XX əsrin sonu və gələcək üçün Dövlət Qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşməsində əvəzedilməz bir sənəddir.
1995-ci ildə böyük öndərin tövsiyəsi ilə YAP-ın tərkibində bu gün böyük nikbinliklə toplaşdığımız Qadın şuralarının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə oldu, hakim siyasi partiyanın mübariz dəstəsinə çevrildi. Onun imzaladığı hər fərman ya birbaşa, ya da dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəldilmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu dövlət siyasəti bu gün prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz demişdir: “Tariximizin hər dövründə qadınlarımız cəmiyyətin sarsılmaz dayağı olub, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıq göstərib. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi ,elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınlarının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycan qadınını mütəşəkkil bir qüvvə kimi ümumxalq mübarizəsinə ruhlandırdığına, onu böyük cahanşümül işlərə cəlb etdiyinə, cəmiyyətdə və dövlətdə layiq olduğu yeri təmin etdiyinə görə biz ulu öndərə həmişə borcluyuq.
Ulu öndərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq biz qadınlar daha fəal olmalı, torpaqlarımızın yağı tapdağında olduğu bir vaxtda gənclərlə işi gücləndirməli, Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayıb-yaradan zəka sahibləri tərbiyə etməliyik. Ona görə də biz prezidentimiz İlham Əliyevin Qarabağ problemini dinc, diplomatik vasitələrlə həll etmək xəttini, onun humanist mahiyyətini insanlara çatdırmalı, ölkə rəhbərinin iqtisadi proqramını diqqətlə izləməliyik.
Bu gün Azərbaycanın inkişaf etmiş ölkələr sırasında tarixə düşməsindən qürur duyuruq. Doğma rayonumuzda – İsmayıllıda gedən sürətli dəyişikliklər – quruculuq işləri, abadlaşdırma, insanların rifahının yüksəldilməsi bizə bir şeyi əyani göstərir: Prezidentimiz praktikdir, qurucudur, siyasəti də konkret işə başlamaq, davam etdirmək və sona çatdırmaq kimi qəbul edir, rayonumuzun inkişafı onun diqqət mərkəzindədir. İsmayıllı qadınlarının da ürəyindən elə bu arzu keçir: ənənəvi sənaye sahələri inkişaf etdirilsin, daha çox iş yerləri açılsın, övladlarımız öz rayonumuzda səylə çalışsınlar.
Buna görə də biz – İsmayıllı qadınları İlham Əliyevin siyasi kursunu öz sosial təhlükəsizliyinin və iqtisadi rifahının alternativsiz təminatçısı kimi qəbul edir, onun müstəqil Azərbaycanımızı uğurla təmsil edəcəyinə qətiyyətlə inanır, qarşıdan gələn prezident seçkilərində onu ləyaqətlə dəstəkləyəcəyimizi bildiririk.
Rəna Məmmədova,
Ruşan kənd tam orta məktəbinin direktoru

Şərh Yaz