İngilis dilinin əhəmiyyəti nədir

Bu gün ingilis dilinin nə dərəcədə dominant bir dil olduğunu hər birimiz görürük və biz bu faktı dana bilmərik. Əgər elmi sahədə çalışan bir insan bu gün ingilis dilini bilirsə, onun uğurları daha çoxdur. Buna misal olaraq bir faktı deyə bilərik. İsmayıllı rayonunda “İlin müəllimi” müsabiqəsinin qalibləri içərisində ingilis dili müəllimlərinin sayı daha çoxdur. İndiyədək altı nəfər ingilis dili müəllimi bu adı qazanıb.İngilis dilinin əhəmiyyəti nədir
Bu gün ingilis dilinin nə dərəcədə dominant bir dil olduğunu hər birimiz görürük və biz bu faktı dana bilmərik. Əgər elmi sahədə çalışan bir insan bu gün ingilis dilini bilirsə, onun uğurları daha çoxdur. Buna misal olaraq bir faktı deyə bilərik. İsmayıllı rayonunda “İlin müəllimi” müsabiqəsinin qalibləri içərisində ingilis dili müəllimlərinin sayı daha çoxdur. İndiyədək altı nəfər ingilis dili müəllimi bu adı qazanıb.
İngilis dilini bilən insanın hansı imkanları ola bilər? Bu gün internet bizi özünə elə aludə edib ki, bu bağlılıq bəzi zərərli vərdişlərdən daha güclüdür. İnternet istər uşaqların, istər gənclərin, istərsə də elm adamlarının həyatının ayrılmaz hissəsinə çevrilib. Gəlin ingilis dilinin sosial şəbəkələrdə roluna nəzər yetirək. Məsələn, belə bir situasiyaya düşmüsünüz. Sizə göndərilən dostluğu qəbul etmək istəyirsiniz amma siz ingilis dilini bilmədiyinizdən “Confirm” əvəzinə “İgnore”-u təsdiqləyirsiz və nəticədə, siz lazım olanı deyil, olmayan arzunu yerinə yetirmiş olursuz. Bütün bu faktlar ingilis dilini bilməyin üstünlükləri və faydası deylmi? Yaxud “facebook” sosial şəbəkəsində sizdən biri soruşur: “Where are you from?” Sən bu suala cavab olaraq yazırsan və ölkəni tanıtmaq üçün “ National Azerbaijan dance – Naz eleme” videosunu səhifənə yerləşdirirsən və sənin Əfqanıstandan, Svitzdən yaxud Texasdan olan bir dostuna ölkəni tanıdırsan və içində bir fəxr hissi oyanır “nə yaxşı ki, mən ingilis dilini bilirəm” deyirsən. Ən çox onda sevinirsən ki, sənin dostun sənə yazır “it is admirable dance and i admit that Azerbaijan music is treasure – Bu heyranedici rəqsdi və mən fikirləşirəm ki, Azərbaycan musiqisi xəzinədir” Dünyanın uzaq bir nöqtəsində sənin ölkən haqqında belə bir söz eşidəndə başa düşürsən ki, sən daha güclüsən və zəngin bir xəzinəsi olan ölkənin vətəndaşısan, amma bunun fərqində olmamısan və qəflət yuxusundan ayılırsan və səndə olan dəyərlərə qiymət verməyə başlayırsan, bütün bunlar ingilis dilini bildiyim üçün şahid olduğum hadisələrdi.
Yaxud internetdəsən və səhifəndə olan yazıları oxumaq imkanın var. Bu yazılarda nə qədər fəlsəfi düşüncələrin olduğunu anlayırsan və düşünürsən. İndi düşüncələrimi anlamaq üçün sizə nümunələr vermək istəyirəm. “Difference between school and life? – Həyat və məktəb arasındakı fərq nədir?
School teachs you lesson and then gives you a test – Məktəb əvvəl sənə dərs öyrədir sonra sınaq edir. Life gives you a test and you learn the lesson- Həyat səni əvvəl sınağa çəkir, sonra sən dərsi öyrənirsən”.
“An egg is broken inside then life begins or an egg is broken outside life ends- Bir yumurta içəridən sındırılsa həyat başlayır yaxud bir yumurta çöldən sındırılsa həyat bitir”.
“With faith you can move mountains, with doubt you can create them – inamla dağları hərəkətə gətirərsən, şübhə ilə dağları yaradarsan”.
“ People with big hearts, Sympatize – Böyük ürəkli insanlar şəfqət göstərərlər, People with small hearts, Criticize – Kiçik ürəkli insanlar tənqid edirlər. But people with God in their hearts, simply give and share their love- Amma ürəyində Allahı sevən insanlar sadəcə olaraq məhəbbətini bölüşürlər”.
“A strong friendship doesn’t need daily conversation,- güclü dostluğun gündəlik söhbətə ehtiyacı yoxdur, doesn’t always need togethernees- həmişə birgə olmağa ehtiyacı yoxdur. As long as the relationship lives in the heart, true Friends will never part… Nə qədər ürəkdə dostluq yaşayırsa, həqiqi dostlar heç vaxt ayrılmayacaqlar…
“Happiness is family” – Xoşbəxlik ailədir. Bir Texaslı dostumun yazdığı bu yazıları oxuyarkən düşündüm – dünyanın hər yerində hələ mərhəmətli, düşüncəli insanlar var və ingilis dilini bilmək sizə kömək edəcək ki, dünyanın hər yerində nələr olduğunu biləsiniz. Bu ingilis dilini bilməyin əhəmiyyəti deyilmi? Dünyada olan hadisələri anlamaq, onları qiymətləndirməyi istəyirsinizsə bu dili öyrənin.
Show love and care to all the people around you and to those you meet in your life today – Bu gün həyatınızda rast gəldiyiniz və ətrafınızda olan bütün insanlara məhəbbət və qayğı göstərin.So when someone asks you “Are you in love?” – Beləliklə, kimsə sizdən soruşsa “Məhəbbətin içinə düşmüsən?” Then you can proudly answer, “No, love is in me!” – Onda sən fəxrlə cavab verə bilərsən, “Yox, məhəbbət mənim içimdədir!”
Sizə olan böyük məhəbbətimdən deyirəm, əziz məktəblilər, bu gün bu dili sadəcə testləri edə bilməniz üçün deyil, dünyanı hiss edə bilməniz üçün öyrənin. Əgər 5 dil bilirsənsə onda sən bir deyil, 5 insanın gücünü, mədəniyyətini, dünyagörüşünü özündə birləşdirmiş olursan. Əgər bu gün ingilis dili dünyada söz və güc sahibi Amerikanın, Böyük Britaniyanın dilidirsə, niyə bu ölkənin dünya görüşündən, gücündən, düşüncəsindən faydalanmayasan???
Məncə, düşünməyə dəyər.
Nərgiz Fərziyeva,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz