Bağçada elmi-praktik konfrans

Bağçada elmi-praktik konfrans

İyul ayının 9-da 1 nömrəli bağçada, “Uşaqların fiziki tərbiyəsinin və sağlamlığının möhkəmləndirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bağçada elmi-praktik konfrans

İyul ayının 9-da 1 nömrəli bağçada, “Uşaqların fiziki tərbiyəsinin və sağlamlığının möhkəmləndirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bağçada elmi-praktik konfrans
İlk olaraq bağça uşaqları musiqi müəllimlərinin pianoda səsləndirdiyi mahnıları ifa ediblər. Sonra bağçanın müdiri Qalibə Abdullayeva, bağçanın müasir qaydalara uyğun təmiri, uşaqların qazandığı uğurlar haqqında məlumat verib. O qeyd edib ki, valideynlər uşaqları ilə daha çox maraqlanmalı, davamiyyətlərinə nəzarət etməli, eyni zamanda tədbirlərdə fəal iştirak etməlidirlər.
Bağçada elmi-praktik konfransBağçanın tərbiyəçisi Simuzər Rəhmanova uşaqların psixologiyasında, təlim-tərbiyəsində bağçaların rolundan danışıb. Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Gülnar Mikayılova valideynlərə ilkin nikahın fəsadlarından danışıb. Erkən nikahla bağlı ailə başçısına ünvanlanmış məktub paylanılıb.
Sonda davamlı, uğurlu fəaliyyətləri və 60 illik yubileyləri münasibəti ilə Qalibə Abdullayeva və Simuzər Rəhmanova, İsmayıllı rayon Təhsil Şöbəsinin Fəxri fərmanları ilə təltif olunub. Fərqlənənləri RTŞ-nın metodisti Sevinc Məmmədova təbrik edib.
Çinarə Bəhərçinli

Şərh Yaz