Samirə birincidir

UYM-nin “Fidan” xalq çalğı alətləri ansamblının üzvü Samirə Məmmədli muğam ifaçılığında I yer tutaraq Respublika mərhələsinə vəsiqə əldə etmişdir.
Samirə birincidirSamirə birincidir
Samirə birincidir
May ayının 21-də Respublikamızın mənzərəli guşələrindən olan, dağlar qoynunda yerləşən, öz tarixi abidələri ilə tariximizi və mədəniyyətimizi yaşadan və qoruyan Qax şəhərində 28 may-Respublika gününə həsr olunmuş ifa üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir. Müsabiqədə Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, İsmayıllı və Ağsu rayonlarının Uşaq Yaradıcılıq Mərkəzlərinin dərnək üzvləri öz məharət və bacarıqlarını nümayiş etdirmişlər
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan bəstəkarlarının vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış əsərlərinin öyrədilməsi, istedadlı uşaqların ifaçılıq qabiliyyətlərini daha da inkişaf etdirməkdir.
Müsabiqə üç nominasiya üzrə keçirilmişdir.
Zona müsabiqəsində I və II yerləri tutan ifaçılar Respublika müsabiqəsində iştirak edəcəklər. UYM-nin “Fidan” xalq çalğı alətləri ansamblının üzvü Samirə Məmmədli muğam ifaçılığında I yer tutaraq Respublika mərhələsinə vəsiqə əldə etmişdir. Təbrik edirik!
Teymur Manafov,
İsmayıllı UYM-nin dərnək rəhbəri

Şərh Yaz