Gətir

Gətir
Həzm edə bilmirəm artıq dərd-qəmi,
Dilimlə heyvanı, mənə nar gətir.
Boğazdan keçməyə çiyələk, gilas,
Dişin batmasıyçün gilənar gətir.

Bağlasın özünü daşa, torpağa,
Gözünü yummasın haqqa, nahaqqa,
İrəli çəkməyə, önə, qabağa,
Söz üstündə duran havadar gətir.

Dinclik gətirməyə çöllərə, düzə,
İgid oğul-qızlar çiçək, gül düzə,
Əvvəldən axıra doğruya, düzə,
Tərəfkeşlik edən havadar gətir.

Acıyıb, susayıb dərd-qəm qanıma,
Ürək aşıb-daşır sığmır canıma,
Mənim ünvanıma, mənim yanıma,
Məndən məlumatlı, xəbərdar gətir.

Vaxtı tənzimləyib, qurdum saatı,
Qələmə almaqla yazdım həyatı.
Təkrarlanan beyti, var nəqəratı,
Sözü bəsləyən bəstəkar gətir.
Tamam Nur ( Tağlabiyanlı)

Şərh Yaz