Yaddas kitabcasi

Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

rmətli Mirdaməd müəllim!

 

Bildiyimiz kimi, cari ilin 21-25 aprel tarixlərində Özbəkistanın Riştan Rayon Hakimiyyəti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətindən ibarət nümayəndə heyətinin İsmayıllı rayonuna səfəri olmuşdur.

Səfər zamanı maraqlı və faydalı görüşlər keçirilmiş, İsmayıllı şəhərində Azərbaycan-Özbəkistan Dostluq parkının açılışı olmuş, Özbək qonaqlar İsmayıllı rayonunun tarixi, mədəniyyəti, habelə turizm imkanları ilə yaxından tanış olmuşlar.

Özbəkistan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Mərkəzi ilə əlaqə saxlayaraq bir daha onlara göstərilən yüksək diqqət, qonaqpərvərlik, habelə təşkilatçılığa görə Sizə öz minnətdarlıqlarını bildiriblər. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında humanitar, mədəni əlaqələrin möhkəmləndirilməsinə, ikitərəfli səfərlərlə bağlı təşəbbüslərə, təşkilati işlərə dəstək göstərdiyi üçün Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür məktubu göndərib.

Fürsətdən istifadə edərək, ölkəmizin tanıdılması, regionlar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətiniz, eləcə də Özbəkistan nümayəndə heyətinin Azərbaycanın İsmayıllı rayonuna səfərinin yüksək səviyyədə reallaşdırılmasına görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

rmətlə:

Samir Abbasov,

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin  direktoru

 

Şərh Yaz