Məsələ ciddidir, qərarlar qəti olacaq

Məsələ ciddidir, qərarlar qəti olacaq                       Rayon ərazisində bir sıra ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyətindəki neqativliklərin aradan qaldırılması məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətində əlaqədar təşkilatların – səhiyyə və epidemiologiya sahəsində çalışan səlahiyyətli şəxslərin iştirakı ilə yığıncaq keçirilib.
RİH başçısı Mirdaməd Sadıqov bu sahədəki çatışmazlıqlardan ətraflı söz açıb. Bildirib ki, keçirilən yığıncaq sözü gedən sahələrdə antisanitariya vəziyyətinin dözülməz hal alması səbəbindəndir.
Başçı rayon ərazisində ət kəsimi və satışındakı xoşagəlməzlikləri xüsusilə vurğulayıb və bəzi ticarət obyektlərində vaxtı keçmiş yeyinti məhsullarının satışından, eləcə də bu hallarda üzləşə biləcəyimiz fəsadlardan danışıb.
Rayon ərazisində bir sıra ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyətindəki neqativliklərin aradan qaldırılması məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətində əlaqədar təşkilatların – səhiyyə və epidemiologiya sahəsində çalışan səlahiyyətli şəxslərin iştirakı ilə yığıncaq keçirilib.
RİH başçısı Mirdaməd Sadıqov bu sahədəki çatışmazlıqlardan ətraflı söz açıb. Bildirib ki, keçirilən yığıncaq sözü gedən sahələrdə antisanitariya vəziyyətinin dözülməz hal alması səbəbindəndir.
Başçı rayon ərazisində ət kəsimi və satışındakı xoşagəlməzlikləri xüsusilə vurğulayıb və bəzi ticarət obyektlərində vaxtı keçmiş yeyinti məhsullarının satışından, eləcə də bu hallarda üzləşə biləcəyimiz fəsadlardan danışıb.
Bir sıra iaşə obyektlərində, xüsusilə yolkənarı yeməkxanaların bir çoxunda elementar sanitariya qaydalarına əməl olunmadığı qeyd olunub. Bildirilib ki, birinin pul, digərlərinin xəstəlik qazana biləcəyi ictimai-iaşə obyektləri mədəniyyətimizlə yanaşı iqtisadiyyatımıza da zərbə vurur. Belə ki, bölgəmizdə turizmin inkişafa doğru addım atdığı ərəfədə istehlakçıları xəstə və ya narazı sala biləcək hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu vacib məsələdə əhalinin, xüsusilə də bu sahəni gəlir yeri kimi qəbul edənlərin maarifləndirilməsi başlıca vəzifələrdən hesab olunub.
Yığıncaqda başçının tövsiyə və tapşırıqları əsasında rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərində monitorinqlərin aparılması məqsədi ilə aidiyyəti təşkilatların nümayəndələrindən ibarət komissiyaların yaradılması məqsədəuyğun hesab olunub.
Qeyd edək ki, monitorinqlərin aparılmasına cəlb olunan idarə və müəssisələr qeyri-qanuni hallar aşkarladıqda müvafiq qanunçuluq aktlarına uyğun qərarlar vermək səlahiyyətində olacaqlar.
Ş.Soltanov

Şərh Yaz