Musiqi məktəbində 8 Mart…

Martın 8-də İsmayıllı Uşaq İncəsənət Məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəb həmkarlar təşkilatının sədri P.Əhmədov açıb və qadın müəllimləri, valideynləri, həmçinin məktəbli qızları bu bayram münasibəti ilə təbrik edib. Qadınlar üçün hazırlanmış konsert proqramı izlənilib.
Şagirdlər maraqlı musiqi proqramı ilə çıxış ediblər. Tədbirdə yerli və xarici bəstəkarların əsərlərindən ibarət parçalar səsləndirilib.

Şərh Yaz