Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı

1993-cü ilin yayında xalqımızın təkidli xahişi ilə ikinci dəfə Azərbaycana, hakimiyyətin ali kürsüsünə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təhsil sisteminizdə əmələ gəlmiş böhrana, hərcmərcliyə son qoyuldu. Təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar oradan uzaqlaşdırıldı, dövlət mövqeli peşakar, bacarıqlı, işgüzar alimlər, müəllimlər yenidən təhsilin idarə edilməsinə gətirildi. “Təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyevin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı
Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra təhsilin inkişafı
Əvvəlcə I-IV siniflər üçün, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başlandı. Müəllimlərin maaşı mütamadi olaraq artırıldı. Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycanın təhsil tarixində ilk olaraq təhsil sahəsində islahatlar aparılması yollarını müəyyən etdi.
1998-ci ildə ölkə müəllimlərinin birinci qurultayı keçirildi. Xalqımızın böyük oğlu H.Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzəfələrin həlli üçün proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı.
Heydər Əliyev 1999-cu ilin iyun ayında “Təhsil sahəsində islahatlar proqramı”nı imzaladı. Bunula da müstəqil Azərbaycanın Təhsil sistemində yeni dövrün əsası qoyuldu.
Cənab İ.Əliyev 2003-cü ildə prezidentlik fəaliyyətinə başlamasından sonra islahatlar proqramının reallaşması daha da sürətləndi. İlkin olaraq latın qrafikası ilə ədəbiyyatların nəşri barədə imzalanmış Prezident sərəncamı məktəblərimizin latın qrafikalı ədəbiyyatla təminatında mühüm rol oynadı. Bu gün Respublikanın təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Təhsil sisteminin maddi –“ texniki bazası günbəgün inkişaf etdirilir. Yüzlərlə məktəb binasının tikintisi və əsaslı təmiri, müasir avadanlıqlarla təchiz edilməsi, İKT proqramının həyata keçirilməsi göz önündədir. Müstəqillik əldə etdikdən sonra təhsilimizdə olan yenilikləri, uğurları saymaqla qurtarmaz. Təhsilin məzmununda dəqiq, real və işlək planlar üzrə addım –“ addım məqsədyönlü islahatlar həyata keçirildi. I-IX siniflər üzrə artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbyönümlü təhsil proqramları tətbiq edilir, ümumi orta və tam orta təhsil səviyyələri üzrə həmin proqramların layihələri hazırlanır, mətbuat vasitəsilə ictimayyətin müzakirəsinə verilir. Təhsil sisteminin idarə edilməsi və təhsilin iqtisadiyyatı sahəsində də ciddi işlər aparılmışdır.
Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya edir. Xaricdə təhsil proqramı həyata keçirilir. Azərbaycanlı tələbələr xarici ölkələrin tanınmış universitetlərində dövlət hesabına təhsil alırlar. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının təhsilinin inkişafında İsmayıllı rayonunun xüsusi yeri olmuşdur. Həm tələbə qəbulunda, olimpiyada qalibləri sırasında, beynəlxalq müsabiqələrdə, Qızıl və Gümüş medalların alınmasında, 500 –“ 700 bal toplayan abuturiyentlərin sırasında, inşa yazı müsabiqələrində, idman və hərbi oyunlarda, müxtəlif müsabiqələrdə rayonumuz demək olar ki, həmişə birincilər sırasında olmuşdur. Respublika təhsilinin inkişafına öz töfhəsini vermişdir.
Təzəkənd kənd tam orta məktəbi daima Dövlət qayğısını öz üzərində hiss etmiş və bundan yararlanmışdır. Rayonda təhsilə ölkə və rayon rəhbərliyinin göstərdiyi qayğının nəticəsində məktəb həmişə müxtəlif müsabiqələrdə iştirak edərək sevinc hissini yaşamışdır.
Belə ki, 2015-ci ilin noyabr ayında Respublikada Təhsil Nazirliyi tərəfindən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinə qatıldıq. Onu da qeyd edim ki, bu müsabiqəyə Respublikanın 136 məktəbi qoşulmuşdu.
Rəhbərlik etdiyim Təzəkənd kənd tam orta məktəbinin son 3 ildə 4 nəfər qızıl medallı məzunu, 3 nəfər Respublika olimpiadasının qalibi olmuşdur. Bundan başqa buraxılış imtahanlarında IX və XI sinif şagirdlərinin nəticələrinin yüksək olması, Bakı şəhərində Respublikanın 12 məktəbi arasında keçirilən “Ekoerudit” məktəblilərinin ekoloji breyn –“ rinq bilik yarışının final mərhələsində II yerin qalibi olduğumuz üçün, TQDK-nın rəsmi məlumatına əsasən 500-700 bal toplamış məzunların sayı və faizi yüksək olduğuna görə 2 nəfər məzunumuz Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
21 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşuq.
Göstərilən dövlət qayğısına, yaradılan səmərəli fəaliyyət şəraitinə cavab olaraq gələcəyimizin təminatçısı olan gənclərimizin layiqli vətəndaş kimi yetişdirmək üçün əzmlə, yeni düşüncə tərzi ilə çalışır.
İsmayıllı təhsilinin, xüsusilə Təzəkənd tam orta məktəbinin uğurları çoxdur. Müxtəlif mövzulu tədbirlərdə bunlardan çox danışılıb. Sonda onu demək istərdim ki, bütün sahələrdə, o cümlədən təhsil sahəsində aparılan islahatlar uğurla davam etdiriləcək. Müstəqilliyi əbədi olan ölkəmizdə təhsilimiz də daim inkişaf edəcək.
Elxan Bədəlov
Təzəkənd kənd tam orta məktəbinin direktoru

Şərh Yaz